“Qadın peyğəmbər” təqdim olunacaq

31 Baxış

aysel əlizadə qadın peyğəmbər

24 yanvar 2016-cı il, saat 15-dən 17-dək “Kitabevim.az” Kitab Marketində Aysel Əlizadənin “Qadın peyğəmbər ” romanının təqdimatı və imza günü keçiriləcək. 

“Qadın Peyğəmbər” femin əsər sayılmasa da, ideya ikinci cinsin (iki cinsdən biri kimi) ictimai-siyasi gücünün, dünyəvi və dini dünya görüşünün, mənəvi və ruhani aləminin önə çəkilməsidir. Müəllif Tanrıyla insan, insanla insan, kişi ilə qadın münasibətlərinə tamamilə yeni rakursdan baxır. Ədəbi janrların sintezində yazılan roman mifdən elməcən maraqlı məqamları çağdaş insanın düşüncələrində, yaşamında əks etdirir. “Qadın Peyğəmbər” bütün insanların fonunda peyğəmbərlik dərəcəsinə yüksələ bilmiş – kamil insanın manifestidir. Roman “Hər insanın zirvəyə yolu var” mesajı verir.

Qeyd edək ki, kitab “XAN” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktorları Rəbiqə Nazimqızı, Kəmalə Abiyeva, naşiri isə Müşfiq XANdır.

Tədbirə giriş sərbəstdir.

 Ünvan: Nəsimi rayonu, Puşkin küçəsi, 32 a, AK centre 2-ci mərtəbə (28 May metrostansiyası).

Aysel Əlisadə Qadın Peyğəmbər kitabı