“Qafqazda mədəni-dini irsin qorunması”

72 Baxış

insan haqlari

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İnsan Hüquqları İnstitutundan Senet.az-a verilən məlumata görə, sentyabr ayında baş tutacaq tədbirdə “Alban abidələrinin qorunması”, “Qafqazda mədəni-dini müxtəliflik tarixi ənənə kimi”, “Qafqazda mövcud olan etnik münaqişələrin mədəni-dini irsin dağıdılmasına təsiri”, “Azərbaycanda mövcud olan multikultural dəyərlər mədəni irs kimi”, “Azərbaycan: mədəni və dini birgəyaşayışın modeli”, “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında tarixi və dini abidələrin məhv edilməsi” mövzuları müzakirə olunacaq.

Konfransda siyasi, iqtisadi, sosial və humanitar elmlər üzrə mütəxəssis və elmi tədqiqatçılar, dövlət və qeyri-dövlət strukturlarının mövzu ilə əlaqəli məsul şəxsləri iştirak edə bilərlər.

Maraqlananlar tezislərini sentyabrın 5-dək iro@human.science.az elektron ünvanına göndərməlidirlər.

Ətraflı məlumatı AMEA İnsan Hüquqları İnstitutunun www.ihr-az.org internet səhifəsindən əldə etmək olar.

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10