Qafqazşünas alimlər Bakıda

18 Baxış

15260463084234257191_1000x669

Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-dan Senet.az-a bildiriblər ki, akademiyanın Qafqazşünaslıq İnstitutunun təşkil etdiyi tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub.

İkigünlük konfransda Qafqaz ölkələrinin xarici siyasəti və münasibətləri, Qafqazda geosiyasi şərait, Qafqaz regionunda baş verən siyasi, sosial-iqtisadi və digər problemlər, münaqişələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin əlaqələri bölmələri üzrə müzakirələr aparılacaq.