Qalib Cəlil. Avtobus silsiləsidən

118 Baxış

pic20131217185757Bu gün qarşılaşdığım bir hadisə…

Avtobus ağzına kimi dolu gedir(bəzi adamlar buna pres deyirlər). Qabaq qapıda 3 qız dayanıb və yanlarında bir  cavan oğlan.Elə bu zaman avtobus dayanacaq da saxlayır.

Üç qapının üçü də açılır.Cavan oğlanın topuq hissəsi qapının ağzında qalır.Sürücü qapının yanında pul yığan-elə bu cavan oğlana baxır.Sürücüyə qəpikləri uzadanda, sürücü deyir:

-Cavan oğlan niyə üzün belə qızarıb.

Sürücü elə başa düşdüki,cavan oğlanın üzünün qızarması onun pul oğurlamasını hiss edib.

Cavan oğlan dillənir.

-Ağsaqqal bağlayasan bəlkə qapını.Topuğum qapının ağzında qalıb.Üzüm də ona görə qızarıb.

-Bunu əvvəlcədən dedə-sürücü gülərək qapını bağladı.

Bir müddət sonra (hardasa 9-10 dayanacaqdan sonra) avtobus boşalır və həmin üç qızda düşürlər.Elə bu zaman cavan oğlan dedi:

-Ağsaqqal bilirsiz mən nəyə görə topuğumun qapının arasında qalmasını tez demədim?

-Niyə oğlum?-Sürücü dilləndi.

Öz aramızda qalsın ağsaqqal. Düzünü desəm, yanımdakı üç qızdan utandım-deyə cavan oğlan dedi:

Sürücü deyir:

Əsgərlikdə olmusan qardaş?

Bəli dayı. Nədi ki, dayı.-Cavan oğlan dillənir.

Sürücü: Harda olmusan qardaş?

Cavan oğlan: Daxili qoşunlarda .Keşlə qəsəbəsi tərəfdə.

Sürücü: Gör gənclərimiz necə böyüyür, siz Vətəni necə qoruyacaqsız mən bilmirəm. Bircə kəlmə,sözü sən demədinki, dayı qapını bağla. Sən pulu yığandan sonra dedin. Üç  qız uşağından sən utandın? Evlisən bəs?

Cavan oğlan vurnuxdu və dedi xeyr ağsaqqal.

Sürücü: Gör sənə gələn qız nəolacaq?

Cavan oğlan: Burda düşürəm ağsaqqal yaşından böyük şeylərə qarışma.

Gənc pulu atıb düşür.

Sürücü öz-özünə danışdı: Bu da bu nun tərbiyəsi. Mən nə deyirəm, o mənə nə deyir. Bunun yəqin mədəniyyəti yoxdu.Belə oğlanlar necə ailə saxlayacaq? Ailəsi yəqin mədəniyyətsizdi. Hər bir insanın mədəniyyəti ilk növbədə, ailədən gəlir.

Bu gün gördüyüm real hadisə…

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10