Qalmaqallı filmin premyerası oldu

46 Baxış

peygemberİranlı rejissor Məcid Məcidinin Məhəmməd peyğəmbər haqqında çəkdiyi “Məhəmməd” filminin 36-cı Monreal Dünya Film Festivalında premyerası olub.

Festivala açılış filmi kimi seçilən ekran əsəri dünya kinosevərlərinin marağını Monreala yönəldib. Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb. Film İranda və müsəlman ölkələrində müxtəlif qalmaqallara səbəb olmuşdu.

Qeyd edək ki, ümumi büdcəsi 30 milyon dollar olan filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10