“Qanlı yanvar” filmi beynəlxalq festivalda iştirak edəcək

49 Baxış

yanvar

Rejissor Vahid Mustafayevin quruluş verdiyi “Qanlı Yanvar” filmi növbəti beynəlxalq film festivalına dəvət alıb.

Film noyabrın 13-dən 29-dək davam edəcək 19-cu “Black Nights” film festivalında nümayiş olunacaq.

Bununla bağlı festivalın prezidenti Tiina Lokk filmin quruluşçu rejissoru Vahid Mustafayevə rəsmi dəvət məktubu göndərib.

1997-ci ildən Estoniyanın paytaxtı Tallində keçirilən Avropanın ən böyük film festivallarından sayılan “Black Nights” festivalı Ümumdünya Prodüsserlər Assosiyasiyası (FIAPF) tərəfindən akkreditə olunub.

Qeyd edək ki, Azərbaycan xalqının mübarizəsinin əks olunduğu bu ekran əsəri avqustun 27-dən sentyabrın 7-dək Kanadada keçiriləcək 36-cı Montreal Beynəlxalq Film Festivalına da dəvət alıb.

Filmin Bakı premyerası 2015-ci il yanvarın 19-da baş tutub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10