Qar gözlərkən

1910 Baxış

karb12

Senet.az “Anamın Kitabı” Ədəbi müsabiqəsinə göndərilən Elnur Rzayevin “Qar gözlərkən”pyesini təqdim edir: 

 

         

                                         ( Bir pərdəli absurt pyes )

İştirakçılar:

1-Ur. ( 25-30 yaşlarında kişi )

2- An( Telfondakı qadın 19-25 yaşlarında )

Qara rəngli bir otaq,səhnənin arxa tərəfində tamaşaçılarla üzbə-üz iki tağlı bir pəncərə , pəncərənin sağ tərəfində sadə taxta  stul var, pəncərənin qabagında ev telfonu ( klassik ) var. Səhnə işıqlanır pəncərənin önündə arxası tamaşaçıya bir kişi oturub. Kişinin əynində palto, başında papaq, əlində əlcək, boynunda şarf və ayagında uzunbogaz çəkmə var.Telfon zəng çalır kişi telfonu götürür.

Ur. Alo eşidirəm

An. Səninlə danışmalıyam … bağışla məni… bu gün dediyim sözlərə görə… küçədəki telefon köşkündən zəng vururam bilmək istədim görüm evdəsən … əgər istəsən yuxarı qalxım danışaq

( pauza )

Ur. Yox … birini gözləyirəm o gəlsin sonra sən də gələrsən amma onu gözləyənə qədər səninlə telfonda danışa bilərəm … bağışla amma o gələnə qədər heç kimi görmək istəmirəm

An. … Gözlədiyin kimdi?

Ur. Qar … Uzaqdan qar yağa-yağa gəlir

An. ( təəccübnən ) Kim ?

Ur. Dedim axı qar

An. Qar bizə kömək edəcək?

Ur. Arılara kömək edəcək

An. ( pauza ) Bəs bizə?

Ur. Bizə də arılar kömək edəcək.

An. Bəs bizə kömək etməyəcək?… Nə vaxt bağışlayacaqsan məni? ( pauza qulaq asır ) Ur! əgər bağışlaya bilmirsənsə bunu anlaya bilərəm, çünki nə qədər müqəddəs bir şeyi sındırdığımı bilirəm…

Ur.  ( vecsiz sadə şəkildə ) Arıların qanadlarına bağışlayıram səni.

An. Məni mənim üçün bağışla… o günə qədər gözləyəcəyəm.

Ur. Sən İsanın heykəlini sındıran, sonra da İsadan qorxangünahkar kimi onun başqa heykəlinin ayaqlarına yıxılıb səni bağışlamasını istədin … amma İsa göylərdəydi ona bənzəməyən “ heykəllərini “ də , səni də görürdü…

( gülümsünür ) … İsa bağışladı səni.

An. … Necə? Bu dediklərini tam anlaya bilmirəm… Sən Ur nə vaxt bağışlayacaqsan?… Əvvəlki səni tapa bilmirəm… elə bil o Ur yoxdu… amma özəkdə bir Ur var, bax o nə vaxt bağışlayacaq?

Ur. Qar getdikcə yaxınlaşır … üşüyürəm … soyuğu gəlir.

An. İcazə ver mənim sevgim isitsin

Ur. Sevginin istisini əllərindən hiss edəcəm amma qar onları soyudacaq cibindən çıxardıb mənə uzadana qədər …

An. ( inamlı və həyəcanla ) . Qar bizi isidəcək üşütməyəcək … Ur?

Ur. Bəli

An. Bəlkə bizim üçün gəlir qar?

Ur. Arılar üçün gəlir

An. Yaxşı

                        ( Pauza )

Ur?

Ur. Eşidirəm

An. Bağışlamamısan məni?

Ur. Bəlkə də dünyadakı , hətta kainatdakı hər şey arılar üçündü… bəlkə ona görə deyillər ki, arılar tamamilə məhv olandan 4 il sonra insanlar öləcək …

An. Danışmaq istəmirsən? ( pauza , boğazını artlayır ) arıları tanımamışam sən tanıyan qədər … ona görə də onları anlaya bilmərəm

  1. Bilirsən arılar qışda yuvalarını zibilləmirlər . Bütün qışı gözləyirlər və erkən yazda çölə çıxanda havada… arı yuvalarının ətrafında sarı, pis qoxulu yağış yağır həmin gün… bir dəfə mən uşaq olanda bu yağışda islanmışam…

( ikisi də gülür )

An. Eşitmişəm ki, sancandan sonra ölürlər hə?

Ur. Görəsən telefonu kəşf edən nə düşünüb kəşf edib?… bəlkə də insanları görməkdən yorulub ona görə edib?… sadəcə öz uzaqlığı üçün ( gülümsünür ).

An. Yəqin ki, uzaqda olanları nisbi olsa da yaxına gətirmək üçün.

Ur. Görəsən bu gün qar yağacaq?

An. Çox istəsən hə? Mən balaca olanda qar yağsın deyə şeir deyirdim hətda bir dəfə yağmışdı amma gərək o şeiri evin böyük uşağı desin … ( gülür ) … Ur niyə gəlməyimi istəmirsən?

Ur. Gərək buludlara baxam yoxsa qar yağmaz… hansı şeiri demişdin

An. Nə şeir?

Ur. Qar yağdırmaq üçün

An. Tam yadımda deil… bir parçası yadımdadı… hmmm… hə deyəsən beləydi, mən anamın ilkiyəm ağzı qara tülküyəm…  (gülür )… qalanı yadımda deil

Ur. Təəssüf ki, mən ailəmizin ilk uşağı deiləm… tülkülərin ağzı qara olur?

An. Nə bilim … bəlkə olur

Ur. Tülkü haqqında bir təmsil var bilirsən necədi?

An. Yox

Ur. Deməli belə olur çaqqal və dəvə tülküyə tələ qurullar sonra… ( fikirləşir sanki yadına salmaga çalışır ) xatırlaya bilmədim ( gülümsünür ).

  1. Aaaaaaa… düz deyirmişsən qar gəlir… ( təəccübnən )  necə bildin qar gələcəyini?

Ur. Mən olduğum mərtəbədən uzaqdakı qara buludlar görünür

An. Artıq mən də qar yağacağını hiss edirəm… hey Ur? Bəlkə də qar yagır amma bizdən gizli… ola bilər?

Ur. Onsuzda hər şey bizdən gizlin, biz görməyəndə baş verir… ( gülümsünür ) ən azından qar gizlənməsin… An?

An. Bəli

Ur. Səni küçədə gözlətdiyim üçün bağışla… üşümürsən?

An. Yox əynimdə şuba var

Ur. Boynunda tülkü dərisi olan?

An. Hə

Ur. Ağzı qaradı?

An. Nəyin?

Ur. Boynundakı tülkünün

( uzun pauza )

 

Ur. An deyəsən uzun müddətdir ki , qar yağmamasının səbəbkarı mənəm

An. Niyə?

Ur. Bilmirəm… Bəlkə… ( fikirləşir )… telefon söhbəti deyil üz-üzə gələndə deyərəm

An. Yaxşı

Ur. An Bilirsən ana arı yuvada cütləşmir

An. Necə yəni?

Ur. Döllənmək vaxtı gələndə yuvadan uçub gedir… çöldə cütləşir

An. Niyə?

  1. Yəqin uşaqların yanında utanır… ( gülür )…

                       (  Uzun pauza sanki danışmaga mövzu axtarırlar )

An. Ur bizim bir kor qohumumuz var idi, bir dəfə mən uşaq olanda onu da götürüb Bat gölünün ətrafına gəzməyə getmişdik… eşidirsən?

  1. Hə, hə… de

An. Bütün günü əlindən tutub gölün ətrafında gəzdirirdim və tez-tez mənə deyirdi ki, ətrafda nə gördüyümü ona  deyim … evə qayıdanda Bat gölünü elə gözəl təsvir etdi ki, mən utandım… əslinə baxsan Bat gölü elə də gözəl deyil amma o elə gözəl təsəvvür etmişdi ki… O danışanda sanki başqa dünyadan gəlmiş biriylə danışıram…

Ur. Necə yəni?

An. Bizim kimi danışmır

Ur. Nə bilmək olar bəlkə korların öz planetləri var və hamı kordu orda və bizim dünyamızın korları da səhvən orda yox burda doğulublar

An. Ola bilər… bəlkə də.

Ur. Məncə o planetə də bizim planetdən kor olmayanlar gedir, daha dogrusu yanlışlıqla orda doğulurlar və o planetdəki korların onlara yazığı gəlir ki, gözləri görür

  1. O deyirdi ki, biz görürüy amma siz görmürsüz

( bir anlıq pauza )

Ur? Ur? Alo.. Ur eşidirsən məni?

Ur. An ! o kor harda yaşayır ? bilmirsən? Tapa bilərik onu?

An. Niyə? Nə edəcəksən onu? Nəyinə lazımdı?

Ur. Deyəsən o kor düz deyir biz həqiqətən də görmürük

An. Başa düşmədim… nə demək istəyirsən?

Ur. Mən hər dəfə aynada özümə baxanda fikirləşirəm ki, deyəsən yanlış adama baxıram aynada gördüyüm mən deyiləm… An xahiş edirəm kömək elə o koru tapım… yenirəm aşağı gedək , gözlə məni

An. Bəs sən qarı gözləyirdin axı

  1. Yox artıq qarı gözləmirəm onsuz da buludlar dagılır deyəsən yagmayacaq … birdə ki, məni artıq qar və ya başqa bir şey maraqlandırmır … öyrənmək istəyirəm görüm aynada gördüyüm əslində kimdi və gerçək mən hardayam … inanıram ki o kor mənə yol göstərəcək və mən onun sayəsində özümü tapacam…

An. Ur heç nə başa düşmürəm

Ur. Gözlə yenirəm, gəlim hər şeyi danışacam

Dəstəyi asır ayaga qalxır, pəncərədən çölü tamaşa edir sonra  tamaşaçıya tərəf çönür indi ilk dəfə Ur-un üzünü tamaşaçı görür. Tamaşaçıya tərəf bir neçə addım atır nəsə fikirləşir başındakı papağı çıxardıb cibinə qoyur saçına çəkir əlini düzəltməyə çalışır, çönüb ətrafına baxır nəsə axtarır gedib küncdəki aynanı, darağı götürür başlayır saçını daramağa , darağı bir neçə dəfə həvəslə saçına çəkəndən sonra birdən təəccüblə dayanır sanki aynada qəribə, maraqlı, dəhşətli bir şey görmüş kimi, darağı yerə atır başlayır əlini üzündə gəzdirməyə sanki ilk dəfəymiş görürmüş kimi – alnına, saçına, qaşına kirpiyinə, yanaqlarına, dodaqlarına , çənəsinə toxunur sanki özünü ilk dəfədi görür.

 

Ur. Salam mənim adım Ur , bəs sənin?… Ur… Ur? Ur? … yox yalan deyirsən sən Ur deyilsən … kim olduğunu öyrənəcəm

( getmək istəyəndə birdən gözü tamaşaçıya sataşır çönür tamaşaçıları bir qədər süzür və deyir )

Məncə sizin də aynaya ehtiyacınız var …

( aynanı tamaşaçılara tərəf çevirib tutur )  baxın görün burda gördükləriniz sizsiniz?… ( pauza ) daha gecdi yubanmayın dağılışın evinizə … ( qapıdan ) bir gün  özünüzü tapmaqda yol göstərəcək koru tapmagı unutmayın…

 

Pərdə.

 

 

KÖŞƏ YAZARLARI
TOP 10