“Qara bağ” filmi Qırğızıstan Beynəlxalq Film Festivalında

2 Baxış

black-ribbon-laureil

Amil Məmiyevin “Qara bağ” filmi “Qırğızıstan-Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalına dəvət alıb.

 C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Senet.az-a verilən məlumata görə, festival 12-15 dekabr tarixlərində Bişkek şəhərində keçiriləcək.

 “Qara bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

 Filmin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

 Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırırlar.

Bölmə : Kino, Sənət