Qara Qarayevin anılacaq

5 Baxış

imagesFevralın 5-i görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə anım tədbirləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, həmin gün saat 12.00-da Fəxri Xiyabanda bəstəkarın məzarı ziyarət olunacaq, saat 19.00-da isə Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Kamera Orkestrinin ifasında “XX əsrin dahi bəstəkarları” adlı konsert proqramı təqdim ediləcək. Saat 14.00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində tədbir keçiriləcək.

Tədbirdə Qara Qarayevin həyat və yaradıcılığı haqqında çıxışlar ediləcək, bəstəkarın həyat və yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunacaq. Tədbir Bakı Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifalarında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə davam edəcək.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin, Bakı Musiqi Kollecinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və tələbə heyəti, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olacaq.

 

senet.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10