5 fevral 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 98 illiyinə həsr olunmuş tədbir keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, gecədə Qara Qarayevin, Fərəc Qarayevin və Dmitri Şostakoviçin əsərləri səslənəcəkdir.
Konsertdə İspaniyada təhsil alan, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc skripkaçı Elvin Qəniyevin və U.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında D.Şostakoviçin skripka və orkestr üçün 1 saylı konserti, Fərəc Qarayevin “Quasi una Fantasia” və Q.Qarayevin 2 saylı simfoniyası ifa olunacaqdır.