Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

2 Baxış

79663_jy32r7sog5

Fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Senet.az-a verilən məlumata görə, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin üzvlərinin və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə iştirakı ilə baş tutacaq konsertdə bəstəkarın əsərlərinə müraciət olunacaq.

KÖŞƏ YAZARLARI
TOP 10