Qarabağ Azərbaycandır – Cəvahir Əsədova

35 Baxış

6ceb97ae-51d9-4b6a-9316-657f61848ac9

Senet.az oxucularına Cəvahir Əsədovanın “Qarabağ Azərbaycandır” yazısını təqdim edir.

Dünən səhər bir erməni generalının çıxışı, onun haqsız sözləri məni çox qəzəbləndirdi.

Evdə dura bilmədim, özümü bayıra atıb yürüməyə başladım.

İri addımlarla yürüyüb Vətənimə, əsgərimə, cəbhədə qanı bahasına döyüşən igidlərimizə bu haqlı şavaşlarında qələbəqazanmaqları üçün, sağ salamat, alnı açıq evlərinə dönmələri üçün dualar etməyə başladım.

Bir az sakitləşsəmdə, ancaq erməni generalının mənim Vətənim, millətim haqqında dediyi sözləri unuda bilmirdim.

Birdən, gözüm əlində oyuncaq silah tutan beş-altı yaşlarında üç oğlan uşağına sataşdı. Onlar əllərində tutduqları oyuncaq silahla “savaşmağa” hazırlaşırdılar, ancaq “döyüşə” başlaya bilmirdilər. Çünki bu balaca döyüşçülərin heç biri düşmən olmaq-erməni olmaq istəmirdi.

Addımlarımı yavaşıdıb bu mübahisənin sonunun nə ilə bitəcəyini bilmək istədim.

Bu qəhrəmanların “savaşı” baş tutmadı. Bu balaca uşaqların ermənilərin nə qədər murdar insan olduqlarını bilməsi məni çox qürurlandırdı. Onlar “döyüşməyi” necə çox istəmələrinə baxmayaraq heç biri erməni rolunu oynamaq istəmədi.

Afərin sizə, balacalar, afərin!

Siz düşmən də olsanız, onlar kimi düşmən ola bilməzsiniz.

Əsla!

Gördüyüm bu hadisə məni xeyli rahatlatdı.

Sən hələ gözlə, erməni generalı! Səni nələr gözlədiyindən sən hələ xəbərsizsən…

Axşam isə qələbə xəbərini eşidib, evlərindən küçələrə tökülüb sevinənlərin içində bizim məhəllə də var idi…

Böyüklərin sevincdən axan göz yaşlarını demirəm…

Hələ balaca, yeniyetmə oğlanların və qızların gözəl bayrağımıza sarılaraq “Qarabağ”, “Azərbaycan” deyə sevinclə, qürurla qışqırmalarını demirəm…

Hələ anasının qucağında dura bilməyən, dartınıb yerə düşən üç yaşında, balaca Məhəmmədi demirəm: özündən böyük bayrağı əlində tutub, “Qayabağ, Qayabağ” deyə-deyə necə sevinclə qışqırırdısa…

Bu sevinci yaşayıb, bunları eşitməkdən gözəl bir şey yox idi. Bu gecə bütün Azərbaycanın, bütün xalqımın bayramı idi, birliyi idi, qələbəsi idi!

Sən, deyəsən, bizi hələ yaxşı tanımırsan, erməni generalı!

Sən hələ çox yaşa, “erməni generalı”, çox yaşa ki: bizim igidlərimizin sizə necə qan uddurduqlarının şahidi olasınız; biləsiniz ki, tarixin ən mənfur bir düşməni varsa:

O da sizsiniz!

Sən hələ çox yaşa, çox yaşa ki, bizim Məhəmmədlərin qarşısında diz çöküb, kökünüzü kəsməsin deyə onun ayaqlarını öpüb yalvarasan…