“Qarabağ: folklor da bir tarixdir”

41 Baxış

qaraba]folkAMEA-nın Folklor İnstitutu “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərləndirilməsi” layihəsini həyata keçirir.

Ötən il layihə çərçivəsində hər biri 30 çap vərəqi həcmində doqquz kitabdan ibarət “Qarabağ: folklor da bir tarixdir” toplusu çap edilib, “Qarabağ folklorunun problemləri və perspektivləri” mövzusunda konfranslar keçirilib.
Bölgə folkloru ilə bağlı toplanmış mifoloji mətn, əfsanə, rəvayət, nağıl, lətifə, atalar sözü, məsəl, bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, oyunlar, uşaq folkloruna aid digər nümunələr sistemləşdirilərək elmi ictimaiyyətə çatdırılıb.

İlk dəfə qaçaqlarla bağlı çoxsaylı rəvayətlər əldə edilib, Qarabağın bir sıra lətifə qəhrəmanları, peşəkar nağıl söyləyiciləri üzə çıxarılıb. Toplanan 40-dan artıq nağıl süjetindən 30-nun beynəlxalq “Aarne-Tompson Kataloqu”nda qarşılığı yoxdur.

Digər xalqlarda qarşılığı olmayan həmin nağıllar sırf Azərbaycan nağıllarıdır və müasir folklorşünaslıq elmi üçün əhəmiyyətli tapıntıdır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10