“Qarabağ hekayələri” Türkiyədə təqdim olunub

4 Baxış

14319401915139538703_750x500

Türkiyənin Malatya Kitab Sərgisində Milli Məclisin deputatı Qənirə Paşayeva və tədqiqatçı-yazıçı İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Qarabağ hekayələri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.

Mərasimdə Qənirə Paşayeva və İmdat Avşar nəşrin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, kitabın tərtib edilməsində əsas məqsəd müxtəlif ölkələrdə yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi verməkdir.

Çıxış edənlər kitabda yer alan bir-birindən dəyərli hekayələrin Azərbaycanın haqq səsini öncə qardaş Türkiyədə, sonra isə bütün dünyada əks etdirəcəyinə ümidvar olduqlarını söyləyiblər.

Sonra mərasim iştirakçılarının Qarabağ mövzusu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, kitabda Elçin Əfəndiyev, Akif Əli, Qənirə Paşayeva, Aqil Abbas, Günel Anarqızı, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, İmdat Avşar və başqalarının Qarabağ mövzusunda hekayələri yer alıb.

Türkiyənin “Kun” kitab evində nəşr olunan “Qarabağ hekayələri” Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10