“Qarabağ lətifələri” işıq üzü gördü

7 Baxış

100768_xnpi9v40sb

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun Qarabağ silsiləsindən növbəti birgə layihəsi çərçivəsində “Qarabağ lətifələri” adlı təbliğat xarakterli açıqcalar toplusu nəşr edilib.

Açıqcalar toplusu Azərbaycan, rus və ingilis dillərində çap olunub.

Nəşr Elmi-Metodiki Mərkəz tərəfindən qeyri-maddi mədəni irs və milli adət-ənənələrin qorunması məqsədilə dərc edilib. Toplunun üzərində AMEA-nın Folklor İnstitutu tərəfindən filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəz tərəfindən isə mərkəzin sektor müdiri İrina Özçoban çalışıblar.

Yaxın zamanda toplunun F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və Horadiz şəhərində təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, lətifələr Qarabağ folklorunun ən aktiv janrlarından biridir. Klassik folklorun bir çox janrları öz auditoriyasını itirdiyi, tədricən epik dövriyyədən çıxdığı halda, lətifələr bu gün də mövcudluğunu saxlamaqdadır. Qarabağ Azərbaycan folkloruna Abdal Qasım, Kalvalı, Baqi, Aşıq Abbas kimi onlarla yeni lətifə qəhrəmanları bəxş edib ki, bu lətifələrin bir çoxu bölgənin sərhədlərini aşaraq qonşu ərazilərə də yayılıb.

KÖŞƏ YAZARLARI
TOP 10