Qarabağ qazisi işlə təmin olunub

0 Baxış

hg

 

Vətən müharibəsinin iştirakçısı Salayev Rauf Yasər oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin Lənkəran rayonu üzrə Baş mütəxəssis-abidə mühafizəçisi vəzifəsinə işə qəbul edilib.

Nazirlikdən Senet.az-a bildirilib ki, bununla əlaqədar Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəhrəman döyüşçümüzü qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Rauf Salayev İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonu istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Bölmə : Xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10