“Qaranquş” jurnalının təqdimatı olub

22 Baxış

14861248556031511070_1000x669

Fevralın 3-də Avropa Azərbaycan Məktəbində “TEAS PRESS” Nəşriyyat Evinin təsis etdiyi “Qaranquş” jurnalının təqdimat mərasimi keçirilib.

Senet.az xəbər verir ki, tədbirdə jurnalın baş redaktoru Aysel Zahidqızı nəşr haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan jurnalda maraqlı hekayə və məqalələrlə yanaşı, ingilis dilində müxtəlif mövzularda materiallar da verilir.

“Qaranquş” jurnalı ayda bir dəfə nəşr olunur.

Digər çıxış edənlər yeni nəşr barədə fikirlərini bölüşüb, uşaqların mənəvi tərbiyəsində onun əhəmiyyətini vurğulayıblar.

Bölmə : Ədəbiyyat, Əlfəcin