“Qardaş qələmlər”in yeni sayı

10 Baxış

82614_rt3t8vuh2f

Avrasiya Yazarlar Birliyinin nəşri, aylıq Avrasiya ədəbiyyat dərgisi “Qardaş qələmlər” jurnalının Krım-Tatar ədəbiyyatına həsr olunan xüsusi sayı işıq üzü görüb.

Dərgi baş redaktor Ali Akbaşın giriş yazısıyla açılır. Yazıda jurnalın yanvar sayının Krım ədəbiyyatına həsr olunmasından, Krımın tarixindən, mədəniyyətindən, Krım tatarlarının başına gətirilən faciələrdən danışılır.

Baş redaktorun yazısını Əbdülhəmid Şamilin “Böyük Qasprinskinin təzkiri-namı fəaliyyətinin 25-ci ili bayramı xatirəsi” izləyir.

Zera Bəkirova “Qardaşlıq və yaradıcılıq körpüsü” məqaləsində Krımla mədəni əlaqələrdən bəhs edir. Bundan başqa yazarın bir essesi də oxuculara təqdim olunub.  Rza Fazılın “Nazım Krım-Tatar ədəbiyyatının təməlidir” yazısı da dərgidə yer alıb. Ədiyə Sarana Eldəniz “Qazainin sənəti”ndə Qazi Gəray Xanın həyat və yaradıcılığına nəzər salıb. Bu sayda həmçinin, Fəridəxanım Useinovanın “Səfərnaməsi” də oxuculara təqdim edilir. Numan Çələbi Cihanın müəllifi olduğu Krım-Tatar milli himni “Ant Entkenmen” də jurnalda yer alan yazılardandır.

Ufuk Aykolun “Qaradənizdə yatan andlı qurban” yazısında Numan Çələbi Cihanın həyatı, eləcə də ədəbi fəaliyyəti ilə tanış olmaq mümkündür.

Nəşrdə IV Beynəlxalq Mahmud Kaşqarlı hekayə müsabiqəsi barədə geniş məlumat verilib.

Oya Dəniz Çonqar şairlər Bəkir Sidqi Çobanzadə, Abdulla Lətifzadə və Əşrəf Şəmizadədən söhbət açıb, Əminə Üseyini şairə, müəllimə, ana kimi xarakterizə edib. Ardınca Elmira Abdullayeva “Qırx min maşallah” deyir. Yazıçı Ənvər Toxtarovun hekayəsi də dərc olunan yazılar sırasındadır. İşılay İşıktaş Sava Şakir Səlimdən yaralanan türkülərin şairi kimi söz açır. Yunus Qandımın qoşmaları da bu sayda çap olunub.

Susanna Mustafayeva Osmanovna “Krım türklərinin problemlərinin türk romanlarına yansıması”ndan bəhs edir. Ənisə Əbibullayeva “Çağdaş Krım-Tatar uşaq ədəbiyyatı və onun məktəbəqədərki hazırlıq mərkəzində öyrənilməsi”ndən danışır.

KÖŞƏ YAZARLARI
TOP 10