Qarlı-şaxtalı 3 gün ərzində 5 tamaşa

24 Baxış

Musiqili-Komediya-TeatriBakıda möhkəm soyuqların düşdüyü qarlı-şaxtalı günlərdə – 20, 21, 22 fevral tarixlərində Azərbaycan Dövlət Musiqili Teatrında 5 tamaşa nümayiş olunub.

Maraqlı məqamlardan biri də odur ki, “Qısqanc ürəklər”, “Kimdir müqəssir”, www.ferzeli-kef.com, “Qırmızı papaq” və “Mən dəyərəm min cavana” adlı bu tamaşaların nümayişi Bakı üçün çox soyuq günlərə təsadüf etsə də, teatrda əsl bayram əhval-ruhiyyəsi olub.

Teatrın direktor müavini Hüseyn Hüseynov bildirib ki, tamaşaçı fəaalığı həmişəkindən cüzi fərqlənsə də, bu, aktyorları ruhdan salmayıb. Soyuq hava şəraitinə baxmayaraq tamaşaçıların göstərdiyi bu isti münasibət, qarlı-çovğunlu havada tamaşa izləmək istəkləri aktyorlarda da yüksək əhval-ruhiyyəyə səbəb olub. 

 

Senet.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10