Qarşınızdakı insana bədən dili ilə hökm edin

103 Baxış


beden dili

FTB-nin əks-kəşfiyyat şöbəsində detektiv, ABŞ Xarici İşlər Nazirliyində məsləhətçi işləmiş Navarro 30 illik karyerası ərzində əldə etdiyi nailiyyətlərdən yola çıxaraq bədən dilinin şifrələrini orataya çıxardı.”Bədən dili” adlı  kitab yazan Navarro, bədən dilinin insanların xarakterləri və düşündüklərinə dair nələr söylədiyini izah edir.

Qeyd edək ki, “Bədən dili” kitabı bu yaxınlarda “XAN” nəşriyyatında işıq üzü görüb.

 

 

 

 

 

Russian President Vladimir Putin looks on during his visit to a financial crime monitoring centre in Moscow

Oturma forması

- Yayxanaraq və geriyə doğru söykənərək oturmaq : İnsanın özünəinamının yüksək olduğunu və tələblərini açıqca göstərir.

- Əllər dizdə olarsa bu stress və gərginliyin işarəsidir. Sakitləşmək üçün insan əllərini dizlərinin üstünə qoyaraq sabitləyər.

- Qıçları  kürsünün ayağına dolamaq : Birdən bu hərəkəti etmək qorxu, qayğı,  ya da gərginliyin işarəsidir.

 

 

 

hillariklin

Üz və bel

- Boyuna toxunmaq : İnsan narahatlıq, şübhə və qeyri-müəyyənlik vəziyyətində  fərqində olmadan tez-tez boynuna toxunar.

- Gözləri yummaq : İnsan pis xəbər eşitdikdə gizlənmək üçün gözlərini qapayar.

- Boyunu ovxalamaq : Boyunun altındakı sinirlər ürəyin ritmini yavaşlatmağa yardım edir. Belə ki, bu stressdən qurtulmağın işarəsidir.

 

 

 

11733302_965151760171765_547994538_n

Münasibət

-       Geriyə doğru əyilmək: İnsanlar adətən bir-biri ilə fikir ayrılığına düşdüyündə və ya bir- birini bəyənmədikdə  bunu edərlər.

-       Yarı dönmüş vəziyyət : Sizinlə danışan insanın bir ayağı başqa tərəfə dönübsə əslində az əvvəl söylədiyindən başqa bir şey düşünür və ya istəyir.

-       Ayaqlar çarpaz olarsa : Söhbət əsnasında iki insan ayaqlarını çarpaz vəziyyətdə qoyubsa bu bir-birinindən xoşlanmağın və özünü yaxşı hiss etməyin işarəsidir.

.

 

 

merkel

Duruşlar

-       Ayaqlar çarpaz şəklində qoyulubsa insan özünü rahat hiss edir deməkdir.

-       Qollar  çarpazdırsa: İnsan müdafiə vəziyyətindədir  və stresslidir. Qarşısındakı insanla ünsiyyət qurmağa meyilli olmadığını göstərir.

-       Birisi sizinlə söhbət etdiyində ayaqları başqa yerə yönəlibsə bu onun başqa bir yerə getmək istədiyini xəbər verir.

 

 

 

abd

Əllər

-       Baş barmaq yuxarı yönəlibsə bu pozitiv  düşüncənin nişanəsidir. İnsan neqativ düşüncədə olduğu zaman barmaqlar aşağıya doğru bükülür.

-       Barmaqları açaraq birləşdirmək : Barmaqlar gərginlikdən önə doğru uzanmış və ucları digər əlin barmaq uclarına toxunursa bu özünəinamın  göstəricisidir.

-       Əlləri sıxmaq: Əllərini sıxan insan çox həyəcanlı və stresslidir. Özünəinamın əskikliyinə işarə edir.

 

 

 

Barack Obama

Mimika

-       Dodaqlar görünməyəcək şəkildə içəri bükülmüşsə insan çox stresslidir və özünəinamı azdır.

-       Yanaqları şişirtmək: Stressdən qurtulmaq və sakitləşmək üçün dərin nəfəs alınır. Adətən pis xəbər eşidəndən sonra bu müşahidə olunur.

-       Əyilmiş baş və açıq üz qarşısındakı insanı sevdiyini göstərir.

 

 

 

 

 Tərcümə etdi: Səma Fuadqızı

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10