“Qatil” filmi Tbilisi Beynəlxalq film festivalında

4 Baxış

14798008356126232023_1000x669

Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümünə dəvət alıb. Festival noyabrın 28-dən dekabrın 4-dək Tbilisidə keçiriləcək.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Filmin ssenari müəllifi Xalq Yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

Bölmə : Kino