Qazi-şair müharibə gündəliklərini məktəblilərlə birlikdə yazacaq – Yeni layihə

4 Baxış

emin piri

 

Vətən müharibəsi qazisi, şair-publisist Emin Piri Təhsil Nazirliyinin V Qrant Müsabiqəsində qalib olub.

Senet.az xəbər verir ki, E.Pirinin təqdim etdiyim “Zəfər klubu” layihəsi müvafiq yarışmanın seçilmişləri sırasındadır.

Layihəyə əsasən bundan sonra Emin Piri müharibə gündəliyinin bir hissəsini məktəblilərlə birgə yazacaq. Belə ki, gündəliklər məktəbli məktubları ilə bir yerdə yayımlanacaq.

Xatırladaq ki, Emin Piri bir müddətdir, mətbuatda “Müharibə gündəlikləri” layihəsi ilə çıxış edir.

Bölmə : Manşet, Ədəbiyyat