Qazi Universitetində Hüseyn Cavidin irsi

4 Baxış

Untitled-1

Türkiyənin Qazi Universitetində görkəmli şair və dramaturq Hüseyn Cavidin zəngin ədəbi-bədii və fəlsəfi irsi tədqiq edilir.

Bununla əlaqədar universitetin gənc tədqiqatçısı Dərya Arslan Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində elmi ezamiyyətdə olub.

Muzeydən Senet.az-a bildiriblər ki, D.Arslan elmi-tədqiqat işinin planları haqqında məlumat verib. Qonaq vurğulayıb ki, Qazi Universitetində professorlar Hüseyn Özbay və Ali Akıcı tərəfindən Cavidin ümumbəşəri fəlsəfi irsi geniş tədqiq və tədris olunur.

Muzeyin direktoru G.Babaxanlı böyük şair Hüseyn Cavidin zəngin yaradıcılığının Qazi Universitetində tədqiqinin əhəmiyyətini vurğulayıb.

Sonra Dərya Arslan muzeyin ekspozisiyası ilə yaxından tanış olub.