“Qırmızı bağ” bədii filmi Beynəlxalq Film Festivalında

6 Baxış

ceb79db5bcef3fe08f826e284af1c549

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi Bolqarıstanın 8-ci “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb.

 C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Senet.az-a verilən məlumata görə, festival yanvarın 12-dən 29-dək Sofiya şəhərində keçiriləcək.

 Azərbaycan filmi ilk dəfə olaraq bu festivalda iştirak edəcək. Festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddialı audiovizual əsərləri ilə tanış edir.

 “Qırmızı bağ” Qazaxıstanın 12-ci Avrasiya Beynəlxalq Film Festivalında, Almaniyanın 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalında, Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalında və Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalında iştirak edib.

 Azərbaycan Bakıda keçirilən 7-ci Avropa Film Festivalında “Qırmızı bağ” filmi ilə təmsil olunub. Ekran əsəri 15-ci Dəkkə Beynəlxalq Film Festivalına da dəvət alıb.

Bölmə : Kino, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10