“Qırmızı bağ” filmi Avrasiya Beynəlxalq Film Festivalında

4 Baxış

1473860208redgarden_poster

 

 

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Senet.az saytına verilən məlumata görə, festival 24-30 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli də iştirak edəcək.

“Qırmızı bağ” bədii filmi vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatı haqdadır.

 

Bölmə : Kino, Manşet