“Qırmızı bağ” filmi – Qazaxıstanda

4 Baxış

qirnmizi

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filminin beynəlxalq premyerası keçirilib.

Senet.az saytı APA-dan əldə etdiyi xəbərə əsasən filmin nümayişi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında gerçəkləşib. Qazaxıstanda keçirilən festival çərçivəsində film üç dəfə nümayiş etdirilib. Festivala dəvət alan ssenari müəllifi və quruluşçu rejissor Mirbala Səlimli filmin nümayişləri və mətbuat konfranslarında iştirak edib.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir. (“WeiT Media”.)

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırır.

Bölmə : Kino