“Qız qalası” baletinin tamaşası keçiriləcək

3 Baxış

qiz_qalasi_balet_040417

Aprelin 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin tamaşası keçiriləcək.

Teatrdan Senet.az-a verilən məlumata görə, tamaşa görkəmli bəstəkarın 110 illiyinə həsr olunub.

“Qız qalası” Azərbaycan milli baletinin ilk nümunəsi olub, ilk tamaşası 16 aprel 1940-cı ildə baş tutub. Həmin vaxtdan tamaşa teatrın repertuarında geniş yer tutur, bir neçə dəfə Moskva və Rusiyanın başqa şəhərlərində, eləcə də Türkiyədə qədim Aspendos teatrında göstərilib.

Tamaşa ilk azərbaycanlı balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadəyə həsr olunub. Q.Almaszadə uzun illər tamaşada Gülyanaq rolunu ifa edib.

Aprelin 15-də baş tutacaq tamaşada əsas rolları Xalq artisti Gülağası Mirzəyev (Polad) və əməkdar artistlər Tamilla Məmmədzadə (Gülyanaq) və Makar Ferştandt (Cahangir xan) ifa edəcəklər.

Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.

KÖŞƏ YAZARLARI
TOP 10