“Qız Qalası” kitabının müzakirəsi keçirildi -FOTOLAR

106 Baxış

Picture30Kitabevim.az kitab marketində Azərbaycanın Polşadakı Səlahiyyətli səfiri, tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənovun “Qız Qalası” kitabının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıb. O, müəllifə dəvəti qəbul edib gəldiyi üçün Kitabevim.az kitab marketi adından təşəkkürlərini bildirib. Daha sonra söz alan Həsən Həsənov kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, kitabda bir sıra yeni tarixi faktların yer aldığını, tarixçilərin dediklərinin əksinə Qız Qalasının XII əsrdə yox, VIII əsrdə tikildiyini qeyd edib.

Tədbir qonaqların sualları ilə davam edib. Sonda müəllif oxucular üçün kitablarını imzalayıb.

Qeyd edək ki, tədbirin tam videogörüntüsü Senet.az saytında yayımlanacaq.

 

KÖŞƏ YAZARLARI
TOP 10