“Qızıl Kəlmə” ədəbi mükafatı elan edib

17 Baxış

Снимок

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını elan edir

Senet. az saytı Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir ki, mükafata nəsr, poeziya, tənqid, ədəbiyyatşünaslıq və publisistika nümunələri, orijinaldan bədii tərcümələr, uşaqlar üçün yazılmış əsərlər təqdim oluna bilər. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir, rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər Mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.

Bir təşkilat, şəxs Mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.

Təqdimat aşağıdakı sənədlərdən ibarətdir:

Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu;

Çap edilən əsər (5 nüsxə);

Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli;

Şəxsiyyət vəsiqəsinin surəti;

Müəllifin digər işlərinin siyahısı (əgər varsa);

Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa).

İşlər noyabrın 10-dan 2017-ci il aprelin 10-nu son təqdimat günü olmaqla AZ 1000, Bakı şəh., Hökumət Evi, 3-cü mərtəbə, 319-cu otağa təqdim edilməlidir. 

Bölmə : Manşet