“Qızıl Pəri”nin vaxtı açıqlandı

57 Baxış

qizilberProfessional Kinorejissorlar Gildiyasının, Aktyorlar və Prodüserlər Gildiyalarının dəstəyi ilə təsis edilən “Qızıl Pəri” mükafatına nominantlar müəyyənləşib.

“Azərbaycanfilm” kinostudiyasından Senet.az-a verilən məlumatda bildirilir ki, seçim komissiyası ilkin müəyyənləşdirilmiş 15 nominasiya üzrə namizədliyə təqdim olunan 185 ərizəyə və audiovizual əsərlərə baxışı 1 noyabr tarixində başa çatdırıb. Komissiyanın fəaliyyətinin nəticələri və “Qızıl Pəri” mükafatının nominasiyalar üzrə nominantlarının siyahısı 5 noyabrda www.audiovisual.az və www.azerbaijanfilm.az saytlarında yerləşdiriləcək.
30 nəfər peşəkardan ibarət münsiflər heyəti öz işini 10 noyabr tarixindən yenidən davam etdirəcək. Qaliblərin elan olunması və mükafatların təqdimetmə mərasimi dünya kinosunun yaranmasının 120 illiyi tarixində – 28 dekabr 2015-ci ildə keçiriləcək

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10