68-ci Kann Beynəlxalq Kino Festivalı dünən keçirilən bağlanış mərasimi ilə yekunlaşıb. Mərasimdə mükafatlar öz sahiblərinə təqdim edilib. “Qızıl Palma Budağı” mükafatına fransız filmi “Dheppan” layiq görüıüb. Ən yaxşı qadın aktrisa nominasiyası üzrə mükafatı isə fransız aktirsa Emmanuel Berkot və Runi Mara qazanıb. Digər nominnasiyalar isə aşağıdakı kimi sıralanıb:
Böyük Münsiflər Mükafatı: Saul Fiya
Ən yaxşı rejissor: “The Assassin” filmi ilə Hou Hsiao-hsien
Ən yaxşı aktyor: “The measure of e man” filmindəki roluna görə fransız aktyor Vinsent Lindon
Ən yaxşı ssenari: “Chronic” filminin ssenaristi Maykl Franko
Jüri Mükafatı: Yorqos Lanthinosun rejissorluğunu etdiyi “The Lobster” filmi
Ən yaxşı qısa film : “Wave 98”