Qızılbaş antivirusu

272 Baxış

turk irfan idrakiŞah İsmayıl Xətai və Qızılbaşlıq xüsusi olaraq 40-50 ildir ki, Anadolu və Azərbaycanda daha çox diqqət mərkəzindədir. Təəssüflər olsun ki, bu müddət ərzində komunistlərdən tutmuş Şiələrə qədər fərqli ideologiyalar beyinlərə çoxlu virus yoluxdurublar. Hələ də Şah Xətainin kürd olduğunu iddia edənlərdən, ta ki, Şiə kimi göstərmək istəyənlərə qədər, Qızılbaşlıq = Komunizm yalanı söyləyənlərdən tutmuş Şah Xətai adından özünü reklam etmək istəyən alimciklərə qədər çoxlu VİRUS var. Bu yalanlara mütəmadi olaraq etiraz edirik. Bəziləri bundan narahat olduqları üçün bizim varlığımızı inkar etməyə cəhd göstərir, bəziləri isə haqlı olaraq “yaxşı bəs, biz həqiqətləri nə vaxt və kimlərdən eşidəcəyik?” – deyə soruşurlar. İndi yazacaqlarım “YALANÇILARIN DEŞİFRƏ OLMAĞI üçün  QIZILBAŞ ANTİVİRUSU mexanizmasıdır. Aşağıda verəcəyim sualları Şah Xətaidən danışan alimdən, özünü pir deyə tanıdanlardan və belə iddialarda olanlardan, məlumatı ol(a)madan fikir sahibi olmaq istəyənlərdən soruşun. Cavabını verə bilsələr, nə gözəl, yox əgər dillərini sürüsələr onda vecinizə də almayın, qoy boş-boş danışmağa davam etsinlər.

Antivirus sualları:

1.Şeyx Cüneydə qədər təriqət “Səfəvi” adı ilə tanınırdı, Şeyx Cüneytdən sonra niyə Qızılbaş adı istifadə olunmağa başladı? Əgər əvvəlcədən ulu babaları olan Firuz Şahın başında da Qızılı çalma var idisə, təriqətə niyə elə əvvəldən Qızılbaş deyilmədi?

2. Şeyx Cüneydin Qızılbaş deyimini yaratmağına səbəb olan hansı Batıni inancı idi? Qurandakı hansı ayətlərin Batıni təfsiri Şeyx Cüneydin Əli sevgisini daha şiddətlə hiss etməyinə səbəb oldu?

3. İnancmı geyim tərzini formalaşdırır, yoxsa, geyimmi inancı? Əgər başlarına qırmızı çalma taxdıqları üçün Qızılbaşlar deyilirdisə, onda başlarına yaşıl çalma qoysaydılar, Yaşılbaşlar deyəmi çağırılacaqdılar? Şah Xətai kimi Batıni hökmdar belə sadə bir “məntiqlə” hərəkət edərdimi, görəsən?

4. Şeyx Cüneyd, Şeyx Heydər və Şah Xətai Allahın mömin insanın qəlbində olduğunu bilə-bilə, niyə Qızılqəlb deyil də Qızılbaş dedilər özlərinə?

5. Batınilikdə başın sirri nədir ki, bu igidlər Qızıl+Baş dedilər özlərinə? Onların bu inancının Mərifət Elmində yeri haradadır?

6.Sadəcə olaraq alimlərin yazdığı hansısa DƏYƏRLİ bir kitabla Qızılbaş olmaq mümkündürsə, niyə illər sonra ortaya çıxan nəticələr yenə uğursuzluğa dücar olur?

Hələlik, bu suallar kifayət edər deyə fikirləşirəm. Soruşa bilərsiniz ki, biz özümüz bu sualların cavabını bilirikmi? Sadəcə bunu deyirəm: Cavabını bilmədiyimiz çox suallar var, ancaq öz adımıza cavabını bilmədiyimiz suallar soruşmarıq.

 

TÜRK İRFAN İDRAKI

KÖŞƏ YAZARLARI
TOP 10