Qızılbaş inancının ilahi kodlarının həqiqəti

50 Baxış

Dimes Hak AlerliDİMES HAK ALERLİ

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAYİ VƏ QIZILBAŞLIQ

 Senet.az “Ustad” jurnalının polemika guşəsində dərc olunan yazını təqdim edir. 

“Ürəyi dağ olmayınca, bağrı qanlı lalə tək,

Heç kimin ki, həddi yoxdur kim Qızılbaş olmaya”.

Şah İsmayıl Xətayi

 

Çox ağır bir məsuliyyətdir  “Şah Xətayi və qızılbaşlıq” mövzusunun tədqiq edilməsi. Çünkü Ədalət və Şərəfini itirmiş dünyada GEOPOLİTİK QİYAMƏTƏ və sadəcə Azərbaycanın deyil, BƏŞƏRİN ƏDALƏTƏ OLAN ÜMİDİNİN GÖYƏRMƏSİNƏ səbəb olacaq iki mühüm məsələ:

1) Böyük Azərbaycanın RUHANİ-İDEOLOJİ TƏMƏLİ,

2)Türkiyə və Azərbaycan arasındakı RUHANİ-MƏNƏVİ BİRLİYƏ əsaslanan sıx  OĞUZ-TÜRKMƏN BİRLİYİNİN YARANMASI

QIZILBAŞ İNANCININ İLAHİ KODLARININ HƏQİQƏTİNİ idrak etməyi tələb edir. Qızılbaşlığın “Quran” idrakına dayalı gerçək mahiyyətinin dərk edilməsi ehtiyacı hələ də öz layiqli qarşılığını tapmayıb. Ömür vəfa edərsə, bu məsələni davamlı və sistemli şəkildə, gücümüzün yetdiyi qədər araşdırmaq fikrindəyik. Lakin əvvəlcə yüzillər boyu ortaya atılan yalan və iftiraların, yanlış iddiaların aradan qaldırılması zəruridir. Bu məsələnin həlli mövzunun sistemli şəkildə araşdırılmasını, alimlərin bu istiqamətdə yazılmış əsərlərinin incələnməsini və bu kitablarda düzgün qeyd edilmiş məqamların təsbit olunması ilə yanaşı, yanlışların da aşkar edilməsini tələb edir. Bu ağır işi layiqli şəkildə gərçəkləşdirmək ən böyük diləyimdir. Çünki Şah Xətayinin (eyni zamanda Seyid Nəsiminin) Batini kodlarının doğru idrak edilməsinin nə qədər mühüm olduğunu yuxarıda vurğulamışdım. Əmin olun ki, daha uyğun şərtlərdə bu işi çox geniş və təfərrüatlı şəkildə görmək istərdim. Fəqət yaş 46, ömür nə qədər vəfa edər – bilmirəm. Bundan başqa, istər Azərbaycan, istərsə də Türkiyədə bu məsələ ilə bağlı zəruri MADDİ-MƏNƏVİ dəstəyi verəcək ZƏKA və LƏYAQƏTİN nə zaman ortaya çıxacağını təxmin etmək də imkansızdır. Ölümlü insan olduğumdan, sağlığımda belə bir imkanın heç vaxt ortaya çıxmayacağını da ehtimal etməkdəyəm. Odur ki, şərtlər daxilində sizlərlə bəzi təsbitləri paylaşmaq fikrinə düşdüm.

Altından xətt çəkərək bir məqamı indidən vurğulamaq istəyirəm: həqiqət yolçuluğunda ustadım Cavid Mürtəzaoğlu başda olmaqla, bir çox dəyərli pirdən gücümün yetdiyi qədər faydalanmışam. Lakin qələmə aldığım fikirlər nəticə etibarilə özümə aiddir. Çünki bir çox məqamı öz İç dünyamda kəşf etdim. Bu düşüncələr yanlış və ya doğru ola bilər, lakin heç kim onların NƏ SAVABINA, NƏ DƏ GÜNAHINA ORTAQDIR. Və düzünü desəm, bu yazını da nə savab,  nə də günah üçün yazdım.

Şah Xətai və Seyid Nəsimiyə verdiyim sözə görədir bütün bu və bundan sonra qələmə alacaqlarım. Ümid edirəm ki, ULU DİVANDA UCA YARADAN xidmətimizi HAQQ DƏFTƏRİNƏ YAZMIŞ OLACAQ.

I. YAZI

HETERODOKS, ŞAMANÇILIQ və ŞİƏ VURĞUSU FONUNDA Hz.ƏLİSİZ TÜRK İNANCI İDDİASI

Heyf ki, Şah Xətayi şəxsiyyəti və Qızılbaş inancı istər başda Avropa və rus alimləri olmaqla dünya, istərsə də Azərbaycan və Türkiyə alimlərinin mütləq əksəriyyəti tərəfindən bilərəkdən və ya da bilməyərəkdən sadəcə sosial-siyasi-tarixi motivlərlə təhlil edilmişdir. Nəticədə siyasi-ideoloji sifarişlər və ya dar şəxsi baxışlarla yazılmış kitablar məsələni az qala öz daxilindən çıxılmaz vəziyyətə gətirmişlər. Yanlış yanaşmalar o qədər çoxdur ki, mövzu üzərindəki bu ağır kabusu yox etmək üçün davamlı olaraq təkrarlanan və buna görə də artıq danılmaz həqiqət kimi qəbul edilən bir çox məsələni yenidən nəzərdən keçirmək lazım gəlir. Bu yanlış iddialar nədən ibarətdir:

Dimesinyazisi ucun.jpg2.jpg4

1) Qızılbaşlığın, İslamı qəbul edərkən, əslində, Orta Asiyadakı türklərin Altaylardakı inancı olan şaman ənənəsini qoruyub saxlaması və bu xəttin inkişaf etdirilməsi ilə  yaranmasının vurğulanması;

2) Qızılbaşlığın İslam içində heteredoks bir cərəyan olmasının vurğulanması;

3) Şah Xətayinin şiə olması və şiəliyi yayaraq  türk dünyasını məzhəbçilik virusuna yoluxdurması. Bunun nəticəsi kimi də türkə zorla sırınmış Əli və Əhli-Beyt sevdasının fars şovinizminin əlində silaha çevrilməsinin, şiəliyin türkü zəiflətməsinin vurğulanması;

4) Şah Xətainin sadəcə Azərbaycan hökmdarı kimi qəbul edilərək onun tarixdə və günümüzdə layiqli yerini tutmasının əngəllənməsi;

5) Şah Xətainin hansısa sıradan bir fateh  kimi təhlil edilərək onun İnanc öndəri kimi deyil, sadəcə dövlət xadimi kimi təqdim edilməsi və s.

İnanc məsələsi yalnız son 35-40 ildə deyil, hər zaman geosiyasi savaşın vacib ünsürü olmuşdur. Bu da bir həqiqətdir ki, geosiyasi savaşın ən fəal üzvü olan kəşfiyyat qurumları çox zaman bəzi alimləri süni şəkildə təşviq və reklam etmiş, onların fikirlərini bütləşdirərək tədqiqatçıları yanlış istiqamətə yönləndirmiş, bununla da öz hədəflərinə çata bilmişlər. Bu anlamda azərbaycanlı atadan  və rus anadan doğulmuş, uzun müddət Ələvi-Bektaşi tədqiqatları aparmış İrən Məlikovanın şəxsiyyəti nümunə ola bilər. Məhz o, yuxarıda vurğuladığımız bu iki başlığın Türkiyə və Azərbaycandakı elmi dairələrdə sorğu-sualsız qəbul edilməsinə şərait yaradan “böyük alim” bütü olmuşdur. Bundan başqa, İrən Məlikovanın Anadoludakı Bektaşilik (Əhli Həq Hürufilik) və Ələviliyin (Qızılbaşlıq)  qədim əlyazmalarını toplayaraq Avropaya aparması son dərəcə şübhəli bir məqamdır. Çünki sui-istifadədən və qərəzli niyyətdən xəbər verir. Əks halda son dərəcə vacib olan bu inanc qaynaqlarının əslini Avropaya apararaq izini itirməz, surətlərini çıxararaq əsillərini qorumuş olardı. Bu məqam və İrən Məlikovanın Əhli Həq Hürufi və Qızılbaşlıqla bağlı  ZƏRƏRLİ VƏ DİNDƏNKƏNAR qənaətlər verməkdən çəkinməməsi iki əhəmiyyətli məqamı təsbit etməyə imkan verir:

1) İrən Məlikova “doğru” Bektaşilik və Ələviliklə “yanlış” Əhli Həq Hürufilik və Qızılbaşlıq arasında FƏRQLƏNDİRİCİ XƏTT çəkərək Türk İrfan İdrakının Azərbaycan və Anadoludakı inkişaf dinamikasını diqqətdən kənar qoymağa;

2) Ələvi Bektaşiliyin Altay-şaman həqiqətinə əsaslanan inanc olduğunu vurğulamaqla türklərin Azərbaycan və Anadoluya sonradan gəlmə olduğunu İNANC MƏQAMINDA da vurğulamaq, həm də Təbriz və Xorasan kimi qədim Azərbaycan torpaqlarındakı inanc mərkəzləri və bu məkanlardakı  böyük ərənlərin – övliyaların Anadoluya təsirini yox saymaq məqsədini güdmüşdür.

Dimesin yazısı üçünNiyyət və düşüncələrinin məkrli olması səbəbindəndir ki, Təbrizə gedərək oradakı pirlərlə görüşmək istəsə də, kimsə tərəfindən qəbul edilməmişdir. İrən Məlikova faktları, hadisə və inanc əsaslarını obyektiv qələmə alaraq hansısa bir qəti qərar vermədən (xüsusilə də irfani məsələlər kimi İrən Məlikovanın və bir sıra digər alimlərin MƏLUMATSIZ OLDUĞU bir müstəvidə) davranmaq yerinə Ələvi-Bektaşiliyə təsir edən inanclarla bağlı belə yazır: “Fəqət  bir az sonra, XV yüzilin ərəfəsində, DAHA ZƏRƏRLİ (Yazıdakı bütün fərqləndirmələr məqalə müəllifinə aiddir – N.C.) bir təsir, sünnilə zidd olan meyli gücləndirəcək və ona daha açıq mövqe qazandıracaqdır. Bu, Astarabadlı Fəzlullahın tələbələri tərəfindən yayılan Hürufi təlimidir…” (“Tarixdən Teolojiyə: İslam İnanclarında Hz.Əli”, “Türk Tarix Qurumu”, 2014, səh. 84).

Bu qısa bölümdən bəlli olur ki İrən Məlikovaya görə:
1) Şah Fəzlullah Nəiminin elmi ZƏRƏRLİ İMİŞ;

2) Bu zərərli elmi Anadoluda yayaraq Ələvi-Bektaşilərə dərindən təsir edən Seyid Nəsimi və Əliyyül Ala kimi ərənlər SÜNNİ OLAN (bu əsassız iddianın tam bir cəhalət olduğunu sonrakı yazılarımızda geniş izah edəcəyik) Ələvi Bektaşilərə ZƏRƏR vermişlər. Fransada yaşamış “modern” bir alimin əsassız şəkildə Seyid Nəsiminin edamına fətva vərən sünni mollasının ağzı ilə danışması bir daha sübut edir ki, birinin “alim” adlandırılması onun çağdaş idraka və ləyaqətli duruşa sahib olduğu anlamına gəlmir.

Yuxarıda Heteredoks (alim) = Rafizi (şəriət mollası) ittihamlarının istər alimlər, istərsə də şəriət əhli tərəfindən davamlı təkrarlanması ilə şüuraltına yeridilən “həqiqətin” məhz bu nöqtədə nə qədər təhlükəli olduğunu bir daha anlamış oluruq.

Təəssüf ki, Türkiyə və Azərbaycan alimlərinin böyük əksəriyyəti İrən Məlikovanın bu cəhalət dolu iddia və açıqlamalarını əsas götürdükləri üçün araşdırmalarında səmimi davranmağa çalışsalar belə, yanlış nəticələrə gəlib çıxıblar. Bu isə əsasən onların Batini Quran əsaslı İRFAN-MƏRİFƏT bilgisindən məhrum olmalarından qaynaqlanır. Əlbəttə ki, alimlərin Batini elmdən xəbərsiz qalması onların günahı deyil, lakin Əhli Həq Hürufi və Qızılbaşlıq kimi Mərifət məqamındakı inanc sistemlərini araşdırarkən bu elmi öyrənmədən “biz onsuz da alimik, demək hər şeyi bilirik” iddiası ilə davranmaları bağışlanılmazdır.

Türkiyədə Qızılbaşlıq mövzusunun sosial-siyasi-ideoloji tərəflərini araşdıran alimlərin içində ən önəmli sima Əhməd Yaşar Ocaqdır. İrən Məlikova xəttinə çox yaxın mövqedə duran, məsələni Batini “Quran” elmi ilə deyil, Altay-şamançı, əski dinlər və mülayim sünni sintezilə araşdırmağın tərəfdarı olan Əhməd bəy “BÜTÜN ETİRAZLARA BAXMAYARAQ Qızılbaşlığı heterodoks cərəyan kimi tanımanın doğruluğunu BİR DAHA VURĞULAYARAQ Hz. Əli şəxsiyyətinin yalnız Səfəvi təbliğatı ilə Anadoluya aşılanmış şiə motivi” olduğunu yazır (Bax: Əhməd Yaşar Ocaq, “Türk sufiliyinə baxışlar”, “İlətişim yayınları”, 2014, səh. 288).

1983-cü ildə nəşr olunmuş “Bektaşi Mənakibnamələrində İslamöncəsi inanc ünsürləri” (“Əndərun” kitabevi) əsərində isə belə bir nəticəyə gəlir: “Ümumi sıralama göz önünə gətirilərsə, türk heterodoks ünsürlərini təşkil edən İslamöncəsi inancların Bektaşi mənakıbnamələrindəki ağırlıq nöqtəsinin şamanizm deyil, buddizm ilə maniheizm, daha sonra isə digər İran dinlərinin meydana gətirdiyi qrup olduğu ortaya çıxır. Şiəliyə aid motivlərin bir az zəif qalması diqqət çəkir. Hz.Əli və on iki imam kultundan başqa hər hansı bir motivə rast gəlinməməsi, digərlərində bu mövzuda tək bir sətrin belə olmaması altından xüsusi xətt çəkiləcək bir məsələdir. Bu məqsədlə Anadolu türk heterodoksuna vücud verən ana faktorun şiəlik deyil, İslamöncəsi dinlərdən qalan inanclar olduğu da açıq şəkildə dəqiqləşdirilmiş olur”.

ZƏRURİ MƏLUMAT:

          Heterodoks  termini, yunanca “fərqli” mənasına gələn heteros və “təlim, düşüncə” anlamındaki doxa  sözlərindən yaranıb. “Əsas dini cərəyanlardan ayrılmış” mənasını verir. Bu anlayış dini qruplar arasında özünü müqəddəs mətnə və din qurucusunun göstərdiyi yola ən uyğun davranan elan etmiş çoxluq tərəfindən azlıqda qalan qruplar haqqında söylənilmişdir. Ancaq heterodoks qəbul edilən qruplar özlərini heterodoks deyil, əksinə  ortodoks kimi görürlər. Məsələn, Osmanlı iqtidarının dini kimliyi ortodoks İslam kimi qəbul edilən sünniliyin Hənəfilik qolu olmasına baxmayaraq, imperatorluq təbəəsi olan müsəlman xalqın əhəmiyyətli bir bölümünün inancları fərqli adlarla sufiliyin yayılmış formaları, yəni Osmanlı sarayı tərəfindən  heterodoks adlanan İslam idi. Məsələn, ƏləvilikBektaşilik, Əhli Həq Hürufilik, Qızılbaşlıq, Qələndərilik, Mevləvilik kimi.

Burada nəzərdə tutulan mənada heterodoks din anlayışı “doğru yoldan çıxmış” mənasını ifadə edir. Sonradan son dərəcə əhəmiyyətli olduğunu görəcəyimiz bir xüsusiyyəti də vurğulamaq istəyirəm: alimlərin heterodoks təyinatı ilə şəriət alimlərinin “Rafizi-dini tərk edən” təyinatı EYNİ MƏNANI daşımaqdadır.

 

Əhməd Yaşar Ocaq yuxarıdakı iddiaları ilə əslində bir nəçə ənənəvi səhvi ortaya qoymaqdadır:

1) İslam tarixində müşahidə edilən idrak prosesinin təkamülündə “Quran”ı tamamilə diqqətdən kənar qoyaraq bəsit şəkildə sosioloji-mədəni-siyasi ünsürlərin ön plana çıxarılması. İnanca əsaslanaraq təhlillər aparıb bu inancın ANA KİTABI olan “Quran”ı yox saymaq son dərəcə yanlış bir yanaşma olduğu üçün əldə edilən nəticələrin də həddindən artıq şübhəli olduğunu və fərqli siyasi-zümrəvi-şəxsi maraqlara xidmət edəcəyini yəqinləşdirmək mümkündür. Halbuki “Quran” İslamı sadəcə 1400 il əvvəl ortaya çıxmış bir din kimi deyil, Əzəldən Əbədə var olan və olacaq inanc sistemi kimi görür. Və bu inanc sistemini FİTRƏT DİNİ olaraq vurğulayır. Bu məsələni daha sonra geniş açıqlamış olacağıq.

2) Əli və Əhli beyt sevgisinin türk dünyasının fərqli bölgələrində məzhəb və ya başqa bir xüsusa bağlı qalmadan Şah Xətai və Qızılbaşlıqdan çox-çox əvvəllər mövcud olduğunu nəzərə almamaq… Bununla bağlı da əhəmiyyətli qeydlərimiz olacaq.

3) Şah Xətai və Qızılbaşlığın şiə olaraq qələmə verilməsi. Bu da azmış kimi Əhməd Yaşar Ocaq “doğru” din – ortodoks (yunanca “orthos” sözünün qarşılığı “doğru”, “doksa” isə “inanc” deməkdir. Beləcə, “orthodoks”un qarşılığı da “ doğru inanc” mənasını verir) kimi gördüyü sünnilikdən kənarda İslam düşüncəsi qəbul etmədiyi üçün heteredoks – doğru yoldan sapmaların təməlində də əsasən “şiəlik deyil, İslamöncəsi dinlərdən qalan inanclar olduğunu” iddia edir. İstər Osmanlı, istərsə də Türkiyə Cümhuriyyəti dövrünün tarix elmində var olan siyasi sifarişi – türk dünyasını  “doğru” türk-sünni inancı, “yanlış” türk-sünnilikdənkənar inanc  kimi bəsit bölgüylə ayırmaq türk dünyasında, xüsusilə də Azərbaycan və Türkiyə arasında ciddi parçalanma yaradacaq mövqe ortaya qoyur. Bu zaman türkün tarixinə iftira olan “Altay nəzəriyyəsi”nin inanc ölçüsünün davamlı gündəmə gətirilməsi kimi ciddi bir xətaya da yol verilir.

Dimesin yazısı üçün 2

Davamlı olaraq təkrarlanan bu yanlışlarla bağlı bəzi əhəmiyyətli məqamları sizinlə bölüşmək istərdik. Xüsusilə də “Altay-şaman nəzəriyyəsi” məsələsini.

Dimesin yazısı üçün 3Yuxarıda da vurğuladığımız kimi, bu nəzəriyyə türklərin Azərbaycan və Anadoluya yalnız XII yüzildə gəldiyini iddia edən Kəsrəviçiliyi inanc ölçüsündə də təsdiqləyən SON DƏRƏCƏ YANLIŞ və ZƏRƏRLİ iddiadır. Altayda yaşayan türkəsilli bəzi topluluqların şamançılıq inancında olması faktı günümüzdə belə öz izlərini qoruyan bir gerçəklikdir. Lakin bu inanc iki səbəblə DİN ANLAYIŞI ilə qarışdırılmamalıdır:

1) Şamançılığın müqəddəs kitabı və peyğəmbəri yoxdur;

2) Şamançılıq geniş ərazilərdə yaşayan fərqli millətlərə xitab edəcək gücə sahib inanc deyil.

Əlbəttə ki, istər Orta Asiyada, istərsə də Qafqazda izlərinə az-çox rast gəldiyimiz adətlərdə (xüsusilə də türkəçarəlik deyə tanınan xalq təbabətində) şamançılığın izlərini görmək mümkündür. Lakin bu, tarixin heç bir dövründə Azərbaycanda və Anadoluda aparıcı inanc xətti olmamışdır. Azərbaycan və Anadoluda türk irfan idrakının batini “Quran” təməlində ortaya qoyduğu həqiqətdən uzaq qalmış və HAQLI OLARAQ  sünnilik pərdələməsində ərəbçilik, şiəlik pərdələməsində isə farsçılıq təbliğatının aparılmasına etiraz edənlərin bəziləri YANLIŞ BİR QƏNAƏTLƏ şamançılığı xilas yolu kimi görməkdədirlər. Lakin yuxarıda vurğuladığımız səbəblər və çağdaş dünyanın inkişaf dialektikası üzündən yetərsizdir və inanc böhranını Seyid Nəsimi və Şah Xətai irsi qədər əngəlləyərək, mənəvi intibaha təkan verəcək potensiala sahib deyillər.

İndi isə Əhməd Yaşar Ocaq və onun kimi düşünənlərin Hz. Əli və Əhli-beyt sevgisinin türklər arasında Səfəvi təbliğatı ilə yayıldığına dair iddiası haqqında danışaq.

TÜRKÜN ƏLİ SEVGİSİ

Azərbaycanın yetişdirdiyi dəyərli alimlərdən biri olan Füzuli Bayat bəy “Koroğlu dastanı. Türk dünyasının Koroğlu Fenomenolojisi” (“Ötükən” nəşriyyatı, İstanbul 2009) adlı əsərinin 151-ci səhifəsində yazır: “Koroğlu dastanının həm Qərb, həm də Şərq versiyalarında Hz.Əli kultunun geniş yer aldığını görürük. Bu xüsus Hz. Əliyə olan sevgi ilə yanaşı dastanın xalq sufizmi ölçüsünü açmağa yardımçı olub, aşıq repertuarında “Koroğlu” dastanının yenidən gözdən keçirilərək Hz. Əli kultu üzərində qurulduğunun bir sübutudur (Bu xüsusda fərqli düşünürəm, lakin mövzu dağılmasın deyə bu məsələyə sonrakı yazılarda toxunmaq istərdim – DHA). Hz. Əli, Azərbaycan variantlarında şiələrin qoruyucusu isə, özbək, türkmən, qazax, tacik variantlarında sünnilərin himayəçisidir. Bu səbəbdən də “Koroğlu” dastanının Azərbaycan variantlarında həm Koroğlu, həm də dəlilər dəfələrlə şiə olduqlarını (bu məzhəbçi baxış yanlış təyinatdır və nədən yanlış olduğunu da sonrakı yazılarda izah edəcəyik) vurğulayır, hətta şiə olan Səfəvi hökmdarlarına qarşı qılınc qaldırmazlar (bu da yanlış mənalandırmadır, çünki mərhum dilçi alim Dilarə xanım Əliyevanın Tiflisdə aşkar edərək bizlərə qazandırdığı dastanın Təbriz variantının 28-ci məclisində Koroğlunun atasının qisasını Şah Abbasdan almaq üçün İsfahana getmək istəyindən söz edilir – DHA). Halbuki, Orta Asiya variantlarının demək olar ki, hamısında Koroğlunun atasını və babasını əsir alan, onlara zülüm edən Qızılbaş şiələrdir (son dərəcə yanlış fikirdir, çünki ortada Qızılbaş-Mərifət və Şiəlik-Məzhəbçiliktək İKİ UYUŞMAZ MƏFHUMU bir araya gətirmək kimi acı bir yanlış var – DHA). Burada əhəmiyyətli olan Hz.Əlinin bütün hallarda əzilənlərin (dastanların ortaq məntiqinə görə, türkmənlərin) tərəfində yer almasıdır. Dastanın son şəkillənməsi türkmənlərin həm Osmanlı dövlətində, həm Azərbaycan Səfəvi dövlətində, həm də Orta Asiyada gözdən düşməsi dövrünə rast gəlmişdir ki, dastançılar bütün bu çətinliklərə Hz.Əlini himayədar görərək qarşılıq verirlər (Füzuli bəyin bu təsbiti isə son dərəcə dəqiqdir – DHA)”.

Türk dünyasında Əli sevgisi İslamla tanış olmağa başladıqları dövrdən etibarən mövcuddur və Seyid Fəzlullah Nəimi ilə Şah Xətaidən çox-çox əvvəllər də var olmuşdur. Məsələn, Orta Asiyada ilk türk təriqəti kimi qəbul edilən Yəsəviliyin ulu piri Əhməd Yəsəvi bələ yazır:

Dördüncü yar olan Həq aslanı Əlidir,

Həm Məracda yar olan Həq aslanı Əlidir,

Dediyi sözü Rəhmani görsən üzü nurani

Kafirləri qıran Həq aslanı Əlidir.

Minib çıxsa Düldülə, yerə düşər zəlzələ,

Kafirlərə qulqülə Həq aslanı Əlidir.

Düşmanlara müqabil oldu kafirə qatil

Qılan batılı zail Həq aslanı Əlidir.

Oxucudan ricam, Batini kodlarla zəngin bu misraları yaddaşında saxlamasıdır. Çünki sonrakı yazılarda məhz bu Batini kodlarla Şah Xətai və Qızılbaşlığa atılan iftiraların əsassızlığını sübut etmiş olacağıq.

Təbrizli Şəmsin əlindən EŞQ şərabını – Həqiqət sirlərini içmiş Mövlanə Cəlaləddin Rumi isə “Divani Şəms” adlı ölümsüz əsərindəki “Nadi Əli (Əlini çağır!)” isimli qəzəldə  ÇOX AÇIQ şəkildə Əli eşqini bəyan ədir. Qızılbaş inancına işıq salacaq sonrakı yazılarımızda da əhəmiyyətli dəlil olacağı üçün qəzəli bütünlükdə yazmaq istərdim:

“O açıqlayıcı imam, o Tanrı vəlisi səfa əhlinin vücud günəşidir. Yerdə, göydə, məkanda, zamanda Həqlə duran o imamın zatı, iç və dış təmizliyi ilə vəsfləmək vacibdir. Çünkü küfürdən, ikiüzlülükdən qurtulmuşdur, təmizdir…
Onun torpağı birlik aləmidir. O, insanın həqiqəti və canı  kimiydi. Hər şey fanidir, lakin can yaşar, ölməz. Onun hərəkəti özü ilə diri olan Əzəli varlıqdandır. Bəqa çevrəsində dönər dolaşır, yaranmışları yaradanın Zatı kimi O bakidir. Həqqin yüksək sifətləri Əlinin vəsfidir. Həqqin sifətləri ayrı deyildir. O, Tanrının zatına yapışmış, “O” olmuşdur. Duyduğun lahutun gizli xəzinəsi var ha, bax, O, odur. Çünkü o, Həqdən Həq ilə görünmüşdür. O xəzinənin dəlili, tükənməz elmdi. Bax, elə o elmdə məqsəd, uca Əlidir. Həqqin hikmətini ondan başqa kimsə bilə bilməz. Çünki o hakimdir, hər şeyin bilginidir.
İbtidası olmayan əvvəl O idi, sonsuz axır da O olur. Peyğəmbərlərə yardım edən O idi, vəlilərin görən gözü də həqiqətən Odur. Üzünün nurlu parıltısı, öz ziyasından bir günəş yaratdı. O, Həq ilədir; Həq Ondan görünür. Həqlə ki, O, Həq ilə əbədidir.

Adəmin torpağı Onun nurundan idi, o səbəblə mələklərin tacı oldu; Allahın isimləri Ondan ortaya çıxdı. O təmiz və uca imamın elmi sayəsində Adəm, hər şeyi anladı. O nur tək olan Yaradanın nuru olduğu üçündür ki, mələklər onun hüzurunda səcdə etdilər. Bəli, mütləqdir ki, Adəm O imamın nuru ilə bütün ilahi isimləri bildi…

Şit, özündə Əlinin nurunu gördü və yüksək aləmi öyrəndi. Nuh, özünü yüksək mənzilə çatdırana qədər, istədiyini daima Onda tapdı. Yenə ondandır ki qurtuluşa çatan Nuh bəladan qurtulmuş oldu. Xəlil pəyğəmbər, dostluqla onu xatırladı da, atəş ona al lalə oldu. Nəmrudun atəşi, o Allahın dostuna  gül, nəsrin, lalə oldu. Yenə o idi ki, istəyi ilə öz qoyununu İsmayıla qurban etdi. Yusif quyuda onu andı ki, o səltənət mülkünü süsləyən taxtı tapdı. Yaqub, onun önündə çox ah-nalə etdi ki, Yusifin qoxusunu alıb gözləri açıldı. İmranın oğlu Musa, onun nurunu gördü ki, uzun gəcələr heyran qaldı. Qırx gecə məst oldu; qovuşma və görüşmə zövqünə daldı. Sonra dedi ki: “Yarəbbi! Mənə bu lütfündən bir əlamət ver”. Həq ona: “Budur, sənə nurlu əli verdim”, – dedi. Yenə Əlinin vergisidir ki, Məryəmə dost oldu və İsa vücuda gəldi…

O, şəriətdə elm şəhərinin qapısıdır. Həqiqətdə isə iki cahanın bəyidir. İki cahanın sultanı Məhəmməd, haqqa yaxınlıq gecəsində, Allaha qovuşmanın məhrəm yerində onun sirrini gördü. Əlinin nitqini, Əlidən dinlədi. Əli ilə birləşilən o yerdə Əlidən başqası olmaz.

Allah yolunda gedənlər istəyənlərdir; Əli isə istədikləridir. Söyləyənlər söylərlər, susarlar. O, susmaz, söylər. Əbədi elm, onun köksündə parlayıb göründü. Vəhy olunanların sirlərini, o, həqiqət olaraq bildi və bildirdi. Ümmətlərə hayqırdı:

– Allah yolunda Əli, sizin yol göstərəninizdir.

Allaha içi doğru olanlar üzlərini ona çevirmişdilər. Çünki o şahdır, doğru yolu göstərəndir, əfəndidir…

O, bütün peyğəmbərlərin sirrində idi. Cənabi Mustafa:

– Mənimlə açıqca bərabər bulundu, – dedi. (“Tanrı Əlini hər peyğəmbərlə gizli göndərdi, mənimlə isə açıq göndərdi” hədisindən alınmışdır. Mevlanə, “Divani kəbir” (Seçmələr), “Kırkambar Yayınları”, 2005, səh.5-7.)

Dində əvvəl, axır O idi. Allah ilə batində, zahirdə olan O idi…
Bunları söylədim ki, bu uca mənanın nöqtəsini öyrənərək Uca vilayətə qovuşmuş olasan. Sən də şəksiz biləsən ki, həqiqətdə Uca olan Odur.
Ey əfəndi, mənimlə boş yerə dava etmə. Bu belədir. Həqiqət budur ki, hamımız bir zərrəyik, günəş Odur. Hamımız damlayıq, dəniz Odur.
ZƏRURİ QEYDLƏR:

         

          Yeri gəlmişkən bunu da yazmaq lazımdır: Təbrizli Şəmsi arxa planda tutaraq Təbriz nəfəsinin Anadoludakı əhəmiyyətini kiçiltmək istəyən “Doğru türk – Sünni türk” anlayışı bu kitaba israrla “Divani kəbir” deyir. Halbuki divan ədəbiyyatında nə “Divani kəbir” – “Böyük divan”, nə də “Divani səğir” – “Kiçik divan” deyə bir təyinat yoxdur. Bundan başqa, onsuz da Mövlanənin başqa divanı yoxdur ki, birinə böyük, o birinə kiçik, dəyəsən. Və nəhayət, qəzəllərin əksəriyyətində son beytdə Şəmsin ismi zikr edilir ki, divan ədəbiyyatının qanunlarına görə də bu, müəllifin kimliyinə AÇIQ BİR İŞARƏdir. “Divani kəbir” ismi ilə nəşr edilən bir çox kitabda Mevlanənin qələmə aldığı “Nadi Əli” isimli bu qəzələ rast gəlmək hardasa imkansız olub. Mevlanəni mütləq “Doğru türk – sünni türk” anlayışı çərçivəsinə salmaq istəyən və Türkiyəyə hakim olmuş bəsit məntiq əlbəttə ki, istər bu qəzəli, istərsə də Yunus Əmrənin

Cənnət cənnət dedikləri,
Bir kaç köşklə bir kaç huri,
İstəyənə ver onları
Bana səni gərək səni


Dimesin yazısı üçün 4– misralarını küfür kimi görməkdədir. Xüsusilə də Mevlanənin “Nadi Ali”si Qızılbaş inancına “Əliyə Allah deyərək küfrə girirlər”, “Bunlar Əliallahidirlər”, “Rafizi – Heteredoksdurlar”, – dəyərək küfür damğası vuran molla və alim zümrəsi üçün ciddi problem yaradır. Çünki qəzəlin mətninə bəsit şəriət və ya alim məntiqi ilə baxsaq, o zaman Mövlanə BÖYÜK BİR KÜFÜR İÇİNDƏDİR. Mevlanəni LAYİQİ İLƏ ANLAMAYAN və ya ANLAMAQ İSTƏMƏYƏN bəsit məntiq ona KAFİR DEMƏYƏ DƏ CƏSARƏT ETMƏDİYİ ÜÇÜN çarəni “Nadi Əli”ni nəşr edilən kitablarda verməməkdə görür. Məqsəd isə aydındır: Süni şəkildə “Doğru sünni” Mövlanə obrazı yaradan molla+alimlər “Kafir şiə” Rafizi Seyid Nəsimi və Şah Xətaini ittiham etməyə lazımi hazırlıq görmüş olurlar. Batini “Quran” təməlində ortaya qoyulmuş irfani həqiqətlərdən uzaq olan molla+alim şəbəkəsi bununla təsəvvüf böyüklərinə qarşı kin (molla) və cəhalətlərini (alim) gizlətmək məqsədi daşıyırlar. Onların iddiasına görə, dərdləri təsəvvuflə deyil, “yanlış təsəvvüf”lədir. Bu şəkildə özlərini maskalayan molla+alim tayfasının bir başqa virusu da “sünni təsəvvufü”
və “şiə təsəvvufü” kimi axmaq bir təyinat olmuşdur. Sünni və şiə kimi SİYASİLƏŞMİŞ MƏZHƏBÇİLİK = SİYASİLƏŞMİŞ ŞƏRİƏT məfhumlarını ÇOX DAHA ÜSTÜN İDRAK ÖLÇÜSÜ olan Təriqət və Mərifət məqamlarını izah etmək üçün istifadə etmək ən yaxşı halda cəhalətdir. Çünki təsəvvüfün böyük simaları üçün məzhəbçilik HEÇ BİR MƏNASI OLMAYAN CƏHALƏTdir.

          Diqqət edin: Məzhəblər deyil, MƏZHƏBÇİLİK! Odur ki, bu virusun qərəzlə yayıldığından və əsas məqsədin türk dünyasının İRFANİ İDRAKLA bütünləşməsinə əngəl olmaq istəyənlərin dəyirmanına su tökmək olduğundan əminəm. Sonrakı yazılarda bu məsələyə təkrar dönəcəyəm. Ümid edirəm ki, bu əhəmiyyətli və ağrılı məsələ üzərində başqaları da gərəkli araşdırmaları aparmış olacaqlar.

 

 (Mevlam lütf edərsə, davam edəcəyik)…