Qızılgül rəsmləri çəkən fillər, roman yazan atlar

37 Baxış

39215885_212608659602483_7918605919162728448_n

Xanəmir Telmanoğlu

 

ey fillərin felindən yazdığı cümlələrin isminə feil düzəldən…

ey fillərin felindəki rəsmlərdən fəna fillahı yaxalayan fərasəti füsunkar fitrət faili..

 

tailandda dolunay adlı fil rəsm çəkir. bir az realist, bir az mücərrəd ruhlu bu rəsmləri seyr edənlərin əlindən iynə atsan yerə düşməz, deyirlər. fərasəti aləmi başına yığan fillərin “planetdə cəhalətin yerli-dibli silinə biləcəyi” mesajını verməklə qabiliyyətlərindən rəhmanlıq imkanları aşıb-daşan heyvanların çəkdiyi rəsmləri, sanki sənəti dilsiz-ağızsızların əliylə salamat saxlamaq naminə insanlar təzələnsinlər, dirilişin yeni boyutlarına girdiklərini dərk etsinlər deyə, sahibləri həm də satırlar. bu da rəssam fillər. bu fil ən çox da gül, çiçək rəsmləri çəkir.

insanlar isə müxtəlif qiymətlərə bu rəsmləri elə satın alırlar…

mənə elə gəlir, artıq sənət öz yerini, öz sahiblərini bulur, tapır.

məncə, o düzdür ki, insan rəsm yapmamalıdır. (bu ayrı bir mövzudur…)

bundan sonra heyvanların şeir yazmaları, musiqi bəstəmələri, teatrda dram əsərlərini oynamaları barədə də xəbərlər alacağıq bu planetdə.

bircə o qalır ki, heysiyyatlarını sənətə sirayət etdirməyi bacaran, gül rəsmləri çəkdikdən sonra (bu) hilalpərəst heyvanlar sinifləşərək açılmayan dillərinin qəhrinə qırımlarını bu yolla çıxarıb öz dövlətlərini qurmalıdırlar.

bu onu göstərir ki, heyvanlar mədəniyyət daşıyıcıları, yaradıcılıarı rolunda da çıxış edir: artıq bu gün heyvanlar bu müstəviyə gəlib çatdılar.

əgər gələcəkdə bir-birindən təsirlənərək rəsm çəkməyə, şeir yazmağa, musiqi bəstələməyə alışan heyvanların qarşısına keçmək mümkün olmayanda, məncə, heyvanların insanlarla tamamilə üz-üzə gələcəyi dönəm başlayacaq. içimizin əsl ağırlığı, Tanrını qaldırdığı gücü dışa vuracağı o zaman (qiyamət yaxınlaşırkən qılını tərpətməyənlərin qəbahəti ucbatından) gerçək ruhsal qırğından doğan bəlaları sonlayacaq.

əsl savaş heyvanların yaratdığı sənətlə insanların yaratdığı sənət arasında gerçək mədəniyyət savaşına keçəcək. O zaman kimlərin mədəniyyətlərin savaşının hansı nöqtədə, hansı müstəvidə, hansı qarşıdurmalarla baş verdiyi haqqındakı qənaətləri üzərindən xətt çəkməli olacaqlarına da az qalmayıb, yəqin.

ilanların da necə rəqs etdiyini, müsiqi sədaları altında necə rəqs nümayiş etdirdiyini də görməmiş, bilməmiş deyilik.

bax, bütün bunların zamanı, dünyanı, kainatı və insanın bu planetdə gəldiyi yerdə hansı mahiyyət kəsb etməsiylə bağlı ciddi mesajlar verdiyini unutmamaq lazımdır.

sizcə, bu mesajlar nədir, nələrdir?

düşünərkən nəfəsimi kəsən, yaşadığımız zamanda fitrətindəki incə məqamları itirmiş insanların bir-birini necə qırmağı, qədərində qəbahət arayaraq bir-birinin qanına susayıb ətini yeməsi, qapanmış bəsirət gözlərini gilizdən betər edərək bir-birinin parçalamaları, başını kəsməsi olayları, insanların tam vəhşiliyin ötəsinda bir hal və halət içərisində qıvrılması ilkin olaraq ağlıma gəlir!!! yox, ya… insanlar vəhdaniyyətdən uzaqlaşıb vəhşiləkdikcə heysiyyatını sənətdə axtaran heyvanlar mədəniyyətə doğru üz tuturmu? insanlar barbarlaşdıqca, heyvanlar Yaradıcı Gücün Rəhman və Rəhim sifətinin tam daşıyıcılıq missiyasıylamı yükləndirildi, ya bu vəzifəyləmi görəvləndirildilər? bu anda bir insanın başqa bir insanın inancı ucbatından başını kəsdiyi, bütün aləmlərdən keçib pənah gətirdiyimiz planetin bağrına qanını axıtdığı anda, sanki insanların Yaradana qarşı köklü xəyanətini xatırlatmaq üçün bir fil xortumuna fırça alıb rənglərin seçimini etməsiylə görəsən güllər, çiçəklər çəkməsiylə, mərifətimizin, məharətimizin meydan suladığı metafizik bəzəyimizin (qrimimizin) pozulmasıyla, Allah bizə nələr söyləyir?

arayış üçün deyim ki, quşların danışdığını, söylədiyin sözlərin təkrarladığını, ilanın rəqsini, itin oğruları tanımasını, pişiyin pianino çalmağını, atın gözəl qızı gerçəkdən sevməsini, pələngin pəhləvanla güləşməyini bilirdim. Filinsə (insan rəzalətini üzə çıxarması üçün) rəsm çəkdiyini eşidəndə məni qəribə hislər bürüdü. ola bilsin, yaxın zamanlarda atın roman yazmağını da eşidəcək, ceyranların şairliyindən də xəbərdar olacaqsınız.

elephant-painting-his-own-image-funny

bütün bunlar ondan xəbər verir ki, aləmlərin KİTABLARA boşaldığı, varlığa dolduğu ancaq görünən əmanətin xəyanətlə üzləşdiyi kosmosda nələrsə mədəniyyət adına təravətini itiririb tərsdən gedir. kosmosun nizamının pozulması istiqamətində saysız-hesabsız faktlar adamın fikirlərini dağdan arana, arandan dağa daşıyır. kosmosun işlərinin necəsə yanlış getməsinin gətirdiyi həyəcan, verdiyi təlaş mənim əndişəmin boş olmadığından xəbər verir. ortalıqda sənət adlı böyük bir faktor fərasətini indi yeni tərəflərədən, yeni əllərdən göstərir, heç gözləmədiyimiz bir fitrətdən fəlakətimizi yaxınlaşdırır. gördüklərimiz və şahidi olduğumuz hadisələr əsla mif, əfsanə, nağıl deyil. biz heç qədim yunan dövrünün insanları, mifik qəhrəmanları, ağzından od püskürən əfanəvi əjdəhaları da deyilik. Baş verənlərin fonunda biz əsla nağılçı da ola bilmirik. çünki heyrətdən ağzım açılı, nitqim tutulu, ruhum donmuş olaraq, öz qorxunc ədasını gizlətmədən varlığımda sınaqdan keçirir(əm). nədir, yoxsa heyvanların sənətlə məşğul ola biləcəyini, sənət yaratmasını heç cürə qəbul edə bilmirik?

belə çıcxır, bu gün bir eşşək musiqi bəstələməyə səy göstərəcəksə, bir insan da yük daşımağı, anqırmağı, eşşəklik etməyi bacarmalıdır ki, kosmik balans əsla pozulmasın. belə çıxır, bir fil fırçanı xortumuna keçirib ruhunun incə yerinə salaraq baharı düşünür, yazın gözəlliyinin xiffətinə düşərək güllər, çiçəklər çəkə bilirsə, bir insan da gərək filin ölümünü ölə bilsin. bunu da edərkən ancaq filin qarşılıqlı imkanlarını və bacarıqlarını, yerdəyişmədəki veriləri nəzərə alaraq o intiharı etməsi söylədiklərimizin anlayışa çevrilmə mahiyyətini daha geniş tutumasına şərait yaradar.

sənət yenə də heyvanlarla insanların, vəhşilərlə mədənilərin arasına girmək çətinliyini yaşayır. sənət mədəniləri vəhşilərdən, vəhşiləri də mədənilərdən ayrıd etməyə səy göstərir.

bizə bəxş olunmuş bu yer kürəsində sənət əsl həqiqət və meyar çərçivəsində öz ağırlığını ortaya qoyub heyvanla insan arasındakı keçidləri, sədləri, sərhədləri başqa nöqtələrə daşıyır, köçürür. sənətin kainatın içərisində hərəkətverici bir ünsürə, gücə çevrilməsi, onun indiyə kimi daşıdığı missiyasınını da başqa boyutlara keçirir. sənətin missiyası dəyişib, demək.

artıq sirləri səhralardan çöllərə, çöllərdən küçələrə daşıyan sənət sənət üçün deyildir.

artıq sirləri səhralardan çöllərə çöllərdən şəhərlərə çəkən sənət həm də insan üçün də deyildir.

artıq sənət, varlıq üçündür deyə bilmə imkanını bizə təlqin edir. elədir, sənət Allah üçündür.

artıq heyvanların insanlar kimi sənətə özənməsi, öz sıxıntılarını sənətlə gedərməsi, öz dünya dərki və həyat həqiqətlərini sənətdə arayıb axtarması göstərir ki, sənətin dəyişən missiyasına YENİ BİR özəllik də əlavə olunub. (bu özlüyündənmi reallaşıb? kiminsə, hansısa güclərin sayəsində oluşmasının başqa bir mövzuya rəməl atması fikrinədəyəm)

elefante pintando

ola bilsin, gələcək zamanlarda hansısa ideya ətrafında birləşən, namizədliyini irəli sürən insanların səsə ehtiyacı zamanı heyvanlara da müraciət etməsinə şahidlik edəsiniz. lütfən, o zaman heç də dəhşətə düşüb şaşqınlıq yaşamayın. çünki fitrətindəki fərasəti ortaya qoyan fillər rəsm çəkirsə, atlar öz dünyalarından rəvayət etdikləri sevgidən roman yazacaqsa, belə bir dünyanın, cəmiyyətin irəliyə baxışında təəccüblü bir şey qalmayacaq. ola bilsin, o zaman inəklər buddistlərə, qoyunlar islamçılara, müsəlmanlara, eşşəklər xristianlara, öküzlər zərdüştçülərə, keçilər yunanlara səs versinlər, onların cəmiyyətdə bir yer tutmaları uğrunda gərəkən mücadilələrini aparsınlar.

hətta düşünürəm ki, gələcəkdə Qarabağ kimi savaşlarda heyvanlar da hansı xalqın tərəfindən vuruşacaqları ilə bağlı öz müqqəddəs seçimlərini edəcəklər, həm də etmək zorundadırlar.

əgər fillər bu gün dünyada gördüklərinin içərisində güllərin çeşid-çeşid rəsmlərini çəkirlərsə, gələcək savaşlarda o güllərin savaşlarını da vermək zorundadırlar. ən azından o fillərə bu borclarını xatırlatmalı, boyunlarına qoymalıyıq. çünki bu gün qanlar su yerinə axdığı bir dönəmdə təmbəllik etmədən qızılgül çəkirsə, o gülün simvolizə etdiyi gücü də, tərəfi də müəyyən etməli olacaq. gül tərəf deməkdir. gül hər halda nə quzudur, nə şərabdır, nə çarmıxıdr. bu gün də gül Məhəmməd deməkdir. yəni göylərin gizildəyib gömgöy göynədiyi yerdən toxumu toxdayıb bütün kinlərə, nifrətlərə, qüsurlara dirənən gül aləmlərin etibarını qazanmış ecazıyla eşqdir.

heyvanların sənətə atılımı zamanı eləcə sənətdə ilişib qalacaqlarına da inanmıram. hissiyyatım mənə deyir ki, heyvanlar gələcəkdə sənətdən dinə keçidi, KİTABlara keçidi daha aydın və net şəkildə gerçəkləşdirəcəklər.

hqdefault

bütün bunları yaza-yaza nədənsə “Qurani-Kərim”də keçən fil surəsini xatırlamalı oluram. “niyə”sini bilmirəm! Surə Kəbəni dağıtmaq istəyən Əbrəhənin fillərlə hücumundan bəhs edir. Allahın isə fil sahiblərini Əbabil quşlarının atdığı bişmiş kərpic daşlarıyla cəzalandırdığını söyləyir. “Quran”da haqlarında bəhs edilən bu fillər bir zamanlar Kəbəni, elə həm də könül evini dağıtmağa yönləndirilmiş heyvanlar olaraq, bu gün çəkdikləri qızılgüllərin rəsmləriylə, mənə elə gəlir, bu möhtəşəm vaqeə qarşısında öz tövbələrini edirlər. fillər XXI əsrdə Allahın evinə bir zamankı hücumları qarşısındakı günahlarını qızılgül rəsmlərini çəkib içlərindən eşq səltənətini dəbərtməklə qurtuluşa yetişiblər kimi gəlib-gəlib, sənətin qarşısında diz çöküblər. deyəsən, sənət günümüzdə qəddarcasına tövbə yerinə, qurtuluş məqamına da çevrilir.

o surə Məhəmməd (s.a.v.) peyğəmbərə nazil olmuşdu. bu fil və bu fillər (mən -lar, -lər şəklində işlətməkdə bir qəbahət görmürəm) də fırçaya yaxınlaşdırdığı xortumuyla yer üzünün mərifətində, hikmətində Məhəmməd (s.a.v.) peyğəmbəri simvolizə edən qızılgül rəsmlərini çəkirdi… çünki sənət birbaşa əlaqə deyil, sənət birbaşa simvol səriştəsidir.

USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10