İyunun 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Qloballaşma çağında milli ədəbiyyatlarda və ictimai fikirdə təhlükəsizlik məsələləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək.
AYB-dən verilən məlumata görə, Sinergetik Tədqiqatlar İctimai Birliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Gənc Şairlər Birliyinin dəstəyilə V Şairlər Günü çərçivəsində keçiriləcək simpoziumda türkdilli və digər ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.