“Qobustan” jurnalı şeir müsabiqəsi təsis etdi

145 Baxış

qobustan

Ələkbər Salahzadə adına “Avanqard poeziya müsabiqəsi” təsis olunub. Təşkilatçıların verdiyi məlumata görə müsabiqədə forma ilə bərabər fərqli poetik düşüncə tərzi nəzərə alınacaq,

Hər müəllif müsabiqəyə maksimum 3 şeir təqdim edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər şeirlərini açıq imza ilə “Qobustan” jurnalınının electron poçtuna (qobustan.jurnali@mail.ru) göndərə, ya da birbaşa, toplunun redaksiyasına gətirə bilər. İlk beşliyə düşən əsərlər topluda çap olunacaq, sonda isə iki yazar qalib sayılacaq.

Təqdim olunan yazılarda müəllifin adından sonra, ya da zərfin üstündə “Avanqard poeziya müsabiqəsinə” sözləri yazılmalıdır.
Müsabiqəyə şeirlərin qəbulu 15 avqust 2015-ci il tarixində başa çatır.
Mükafatın özü isə qaliblərə (I, II) yerlər hər il sentyabr ayının 15-də Ə. Salahzadənin vaxtilə oxuduğu Qonaqkənd (Quba) orta məktəbində təqdim olunacaqdır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10