“Qobustan” toplusunun 2017-ci ildə birinci nömrəsi çapdan çıxıb

8 Baxış

1497617257370026953_1000x669

Azərbaycan Yazıçılar Birliyinin “Qobustan” sənət toplusunun 2017-ci ildə birinci nömrəsi çapdan çıxıb.

Senet.az xəbər verir ki, bu nömrədə oxuculara baş redaktorun 40 sətri və “Filosoflar filosofu-Fridrix Nitşe…” yazısı təqdim olunub.

Topluda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı Səbinə Tutayukun “Bibiheybət günbəzi…” yazısı, İslam Sadıq və Pərinaz Sadıqlının “Şumerdə musiqi…” araşdırma yazısı, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının “Gözü yol çəkən dağlar…” yazıları verilib.

Həmçinin bu nömrədə “Xalça-kod yüklü kitabədir…”, “Vətən mahnı istəyir…” “Sükutu oynayan…Əyilməz insan, əvəzsiz aktyor-Yusif Vəliyev” adlı müsahibələr, sənətşünaslıq doktoru İmruzə Əfəndiyevanın “41-45-in mahnıları” adlı yazısı, Zakir Bağırovun “Ərəbzəngi bacı” adlı sənədli povestindən parça və digər yazılar yer alıb.

Jurnalda yazıçı-teatrşünas Atabala İsmayıloğlunun mərhum jurnalist Qulam Məmmədlinin 120 illiyinə həsr etdiyi “Bir institutun işini görən adam…”, filologiya üzrə fəlsəfə doktoru Afət Qədirovanın “Həsrətin əsl adı – Almas Yıldırım…Qəriblik onun bəxtinə düşübmüş…”, AMEA-ın Memarlıq və İncəsənət İnstitutunun dissertantı Pərvanə Əliyevanın “Qafqaz türklərinin sürgünü kimə lazımmış?” və digər yazılar dərc edilib.

Jurnalın baş redaktoru Vaqif Əlixanlıdır.

KÖŞƏ YAZARLARI
TOP 10