“Qonşu evin işıqları” təqdim olunacaq

54 Baxış

qonshuevin Dekabrın 20-si, saat 13:30-da Kitabevim.az kitab marketində gənc yazar Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabının təqdimat mərasimi keçiriləcək. Kitabsevərlər qrupunun “Gənc qələmlərə dəstək” layihəsi çərçivəsində nəşr olunan kitabda müəllifin 12 hekayəsi və bir povesti yer alıb.

Tədbir saat 16:30-a qədər davam edəcək.

Cəmilə Mahir qızı Məmmədli 23 sentyabr 1993-cü ildə Göyçayın Potu kəndində anadan olub. Uşaqlığı Rusiyada keçib. İki dil bilən Cəmilə orta təhsillidir. İlk dəfə “Kitabsevərlər”in layihəsi olan “İz” gənc yazarların hekayələr toplusunda hekayəsii çap edilib. “Şəhrizad” və “Gəlincik evi” dünya ədəbiyyatından seçmə hekayələr kitablarında tərcümələri nəşr olunub. Bundan başqa Erix Mariya Remarkın “Qayıdış” romanının tərcüməçilərindən biridir.

Qeyd edək ki, “Qonşu evin işıqları” müəllifin ilk kitabıdır.

Bölmə : Sənət xəbər