“Qonşunun iti” Minskdə – Şəmil Sadiqin səfər qeydləri

307 Baxış

minsk

Minsk! Bu şəhər çox şey ifadə edə bilər bir çoxları üçün. Ən azından Xoşqədəm xanımın verilişindən eşitmisiniz.  Amma mənim bu şəhərlə ilk tanışlığımın kitabla olması başqa məsələdir. XXII beynəlxalq kitab sərgisində iştirak məqsədilə görüşdük bu şəhərlə. Otelə gedəndə ilk gördüyümüz  möhtəşəm bina da Belarusiya Milli kitabxanası idi. Öz görünüşü ilə  o qədər də kitab ocağını xatırlatmır, amma avanqard üslubda tikilmiş binanın kreativliyi elə məhz kitabın dili, kitabın ahəngidir. Adətən, kitabxanaları biz klassik üslubda görməyə alışmışıq. Amma bu görünüş də diqqəti az cəlb etmir, “bura kitabxanadır” ifadəsini eşidəndə içində bir tərəddüd keçir və sonra “maraqlıdır…” deyirsən.

Şəhərin havasının soyuq olması, enli küçələrində maşınların seyrəkliyi, insanların az gəzişməsi bir anlıq şəhəri cansıxıcı və quru bir obraz kimi təqdim edir. Amma tanışlıqlar artıqca sanki şəhərlə dostlaşır və isti, mehriban, sakit bir yer kimi beyninə həkk edirsən. Lap insanlar kimi, ilk görünüşə olan münasibət onun təfəkkürünün açılmasından sonra dəyişir. Elə ilk gördüyün şəhərdə olduğu kimi. Hamımız hansısa xarici bir ölkəyə gedəndə hər addımda öz ölkənlə müqayisə edirsən. İstər insanlarını, istər binalarını. Amma nədənsə Bakımızla müqayisə etmək heç könlümdən keçmədi. Çünki bu hissi elə Sumqayıtımızla, Mingəçevirimizlə tanışlıqda da keçirmişdim. Amma bir yerdə müqayisə etməyə bilmədim. Minsk SSRİ-nin qəhrəman şəhəridir. Və şəhərdə bir çox yerdə ilk gözə dəyən də böyük hərflərlə yazılmış bu ifadə olur. Tarixi bilməyəndə heyrətlənirsən və İkinci Dünya müharibəsində şəhərin şücaətinə inanırsan. Sonra yanındakı Amil Həsənov və Elvin Əliyev kimi tarixçilərdən ətraflı məlumat eşidəndə təəssüf hissi keçirirsən və deyirsən, “Ay zalım Sovet rəhbərliyi, adamın vicdanı olar axı”. Çünki Bakının müharibəyə qatqısı ilə Minskin qatqısını heç bir tərəzi müqayisə edə bilməz. İçindən bir təəssüf hissi keçir: görəsən biz də xristian olsaydıq, bizə qarşı bu cür haqsızlıq olardımı? Sonra Qaqauzları xatırlayırsan və deyirsən: Ax millət, millət! Deməli , ayrıseçkilik tək dindən getmir, həm də millət amili əsasdır.

Yeri gəlmişkən, deyim ki, şəhər heç xristian ölkəsinə bənzəmir. Kilsələri də yox dərəcəsindədir. Yəqin ki, Sovet dövründə yenidən salındığına görədir. Məhz bu amilə görə fanatik dini ölkələrin insanlarından xoşbəxtdirlər…

Sovet dövrünün ictimai havasını bütün küçələrdə, lövhələrdə, binalarda görə-görə Prezident aparatı ilə yan-yana olan kitab sərgisinin olduğu binaya gedirik.

Son gördüyüm sərgi İstanbul kitab sərgisi idi. Və təsvvürümdə də oranı canlandırmışdım. Amma Minsk sərgisi bizim ölkədə təşkil olunan sərgilərdən o qədər də fərqlənmədi. Sanki belaruslar da elə sovet dönəmində qalıblar. Həm kitab oxumaqda, həm də nimdaşlıqda…

Çinin sərginin fəxri qonağı olması bir çox mətləblərdən xəbər verir. Çünki iki il öncə İstanbul sərgisində də fəxri qonaq Çin idi. Deməli, çinlilər dünyada “çin malı” kimi tanınan imicini dəyişməyə çoxdan qərar vermiş, sərmayəni mədəniyyətə yatırmağa başlamışdır.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçəlığı ilə stendimizin artıq hazır olduğunu görürük. Allah tərəfi, digər qonşu dövlətlərdən daha mötəbər hazırlaşdığımızı hiss edirik və bu məqamda vətənpərər ruhumuz cövlan edir. Bilmirəm, təsadüfən, yoxsa bilərəkdən Ermənistanın qonşumuz olmasını görəndə narahatlıq başlayır. Biz də Qarabağa aid broşüra və bukletlər, kitablar sərgiləyirik, andıra qalmışlar “qonşular”da. Dünyanı vecinə almayan Belarus uşaqlarına biz də dərdimizi danışırıq, onlar da. Yazıqlar kimə inansınlar. Hələ onların erməni “soyqırımının” 100 illiyini ifadə edən plakatlarını görmək isə necə də ağır dərddir. Dərd ona görə deyirəm ki, dərmanı da var. Nəsə…

Yaşım az olmasa da, həmişə düşünürdüm ki, bir erməni ilə rastlaşsam nə edərəm? Uşaq vaxtı İrəvanda olmuşdum. Hələ onda müharibə filan yox idi. Düzdür, atamın danışdıqlarına görə, orda nehrəmliyəm deməməli idik.  Sadəcə Naxçıvandanıq, desək bəs edərdi. Çünki ermənilərin qulağında Andranikin qulağının Nehrəmədə kəsilməsi (Tarixdə Nehrəmdə kəsilməyib, amma Andranik Nehrəmdə ağır zərbə alaraq geri çəkilib) hələ də qalıb. İlk rastlaşıdığım erməninin qabağımızdan keçərkən mədənicəsinə gülümsəməsi nifrət və qəzəbimi elə azərbaycanlıya xas olan ürəyiyumuşaqlıqla əvəz edir. Bir də ki, nə etməli, camaatın mədəniyyət sərgilədiyi yerdə köpək uşağının ağızını, burnunu əzməli idim ki? Həmin dəqiqə də, yadıma “bir az siyasət lazımdır” fikri düşür və hər şey unudulur. Unudulduğu kimi… Sonra isə həm bizim, həm də onların stendinə yaxınlaşan kitabsevərləri görüb qıcıqlanır və yenə işimizə davam edirik.

Sərgi çox kasıb görünürdü. Bəlkə də bunun səbəbi şəhərdə addıma bir kitab mağazalarının olmasıdır. Gəlməyənlər çox da heyfisilənməsinlər. Nə İstanbuldakı kimi minlərlə adamın imza üçün sıraya durmağını gördük, nə də böyük nəşriyyatların göz qamaşdıran stendini. Təqribən İstanbuldakı sərgi burdan 10 dəfə böyük olardı. İstanbulla çox müqayisə etməyim. Əlbəttə ki, Frankfurt sərgisi dünyanın ən böyük sərgisidir. Amma yarmarka baxımından inanın İstanbuldakına çatmaz o da.

Digər qonşularımız Türkmən qardaşlar idi, əslində bacılar. Milli geyimdə stendlərini nümayiş etdirirdilər. Amma bizim kimi səxavətli heç bir ölkə, heç bir nəşriyyat yox idi. Satış etmirdik. Hər kitabı hədiyyə edirdik. Hətta camaat bir az təəccüblə də qarşılayır “besplatno?” deyə suallar da verirdilər. İmkanlı və səxavətli olmağımızın göstəricisi idi, bu. Stendimizə yaxınlaşan rəsmilərdən Belarusiya Milli Şurasının sədri, Mədəniyyət nazirinin müavini, Milli kitabxanının direktoru oldu. Bunun da səbəbi cənab nazirimizlə, bizimlə birgə tədbirdə iştirak edən şairimiz Çingiz Əlioğlu ilə dost olmaları və bunun da sayəsində dövlətimizə simpatya duymaları idi.

Amma Türkiyə nədənsə rəsmi olaraq sərgidə yox idi. Sadəcə Nurçulara bağlı olan bir yayın evinin  öz məhsullarını təqdim edən kiçik bir stend var idi. Bəşər Əsədin şəkilini başları üstünə asan Suriya stendi ilə, İraq stendi qonşu idi. Hətta Venesuellanın da sərgisi vardı. Venesuella da Fələstinlə qonşu idi.

Amma bununla neçənci sərgidə oluramsa, Azərbaycanda hamımızın ağız dolusu danışdığımız diaspor təşkilatlarının işini hiss etmirəm. Bildiyim qədər ilə Belarusiya universitetlərində oxuyan çoxlu tələbə var. Hələ bazarda olanları demirəm… Heç birində görmədim ki, stendimizi təşkilatlanmış şəkildə seyr etməyə gəlsinlər, hansısa bir işin qulpundan yapışsınlar. İnanırsınız, cəmi üç-dörd azərbaycanlı stendimizə yaxınlaşdı. İkisini tanımasam da, biri dəyərli ziyalı, Belarusiyadakı səfirimiz İsfəndiyar Vahabzadə idi. Xəstə olmasına baxmayaraq gəldi, problemlərimizi soruşdu, dərdləşdi və getdi. Səfiriliyimizin nümayəndələri qarşılamışdı bizi hava limanında. Bir neçə dəfə də digər nümayəndələri gəldi. Vəssalam, şüttamam. Bu cür tədbirlərdə həmin ölkələrdə yaşayan vətəndaşlarımız rəsmi şəkildə dəvət edilməli, dostlarını, tələbə yoldaşlarını da gətirmələri söylənilməli idi.  Buna da bir “nəsə” deyib keçək. Hamımızın bildiyi məsələdir onsuz da.

Bizə qalan özümüz olacağıq deyib, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elbəy Əli,  Əməkdar mədəniyyət işçisi, şair Çingiz Əlioğlu, Tərcümə mərkəzinin aparat rəhbəri, yazıçı Yaşar, Mahir Qarayev, Hədəf şirkətlər qrupunun xarici əlaqələr üzrə direktoru Elvin Əliyev, İstiqlal tədris mərkəzinin təsisçisi Amil Həsənov və bəndəniz son gecə Belarusiya milli mətbəxi ilə tanış olmaq üçün “Vasilki” restoranına üz tutduq. Həmişə bədii hissələr maraqlı olduğu kimi, bu dəfə də elə oldu. Çingiz müəllimin maraqlı xatirləri, Yaşarın maraqlı keçidləri sonda sözü şeirə verdi. Minskdə Yaşarın ifasında Ramiz Rövşənin “İlan balası”, Çingiz Əli oğlunun öz ifasında “Qonşunun iti” şeirini eşitməyin yeri başqa idi. Rus kəndlərinin evlərini xatırladan bu tatxa, sakit rəngli, pəncərələrdən iplə asılmış pərdələrli, mehriban və gülərüz personallı restoranda söz sözü gətirdi, şeir şeiri. Açığı birinci dəfə eşitdiyimiz “Qonşunun iti” şeirin təsirində çıxmaq o qədər də asan deyil. Oxuyanlar bilir. Amma, deyəsən, hələ mətbuatda çap edilməyib. Yaxınlarda kitabın çapı gözlənilir.

Beləcə, “Planeta” otelinin pəncərəsindən qarlı küçələrə baxa-baxa “yağı tök, balı yala” məsəli kimi təmiz şəhərlə vidalaşmağa hazırlaşıram. Nə gələndə həyəcanlanmışdım, nə də gedəndə. Nə gələndə doğmam vardı bu şəhərdə, nə də gedəndə. Gələndə də qəlbimdəki doğma kitab sevgisilə gəlşmişdim, gedəndə də özüm ilə aparıram. (Pafos hiss etsəniz çox da narahat olmayın)

Amma bir zamanlar qorxmağa məcbur olduğum “qonşunun iti”nin elə ilk görüşdəcə üzümə gülümsəməsi anınada dişlərinin töküldüyünü, elə də güclü olmadığını, elə it kimi olduğunu görüb qayıdıram. Çingiz müəllimin şeirindəki kimi qonşunun itindən qorxsa idim də, qonşunun qızını sevirdim. Amma Çingiz müəllimin şeirindən fərqli olaraq sonralar gördüm ki, “qonşunun qızı” “qonşunun iti”ndən qorxulu imiş. İt itliyini tərgitməz, sadəcə onun gözünün odunu ala bilərsən, amma “qonşunun qızı” ilə evlənərsənsə, bir gün it olub xirtdəyindən yapışar doğdüğü küçükləri ilə… Çünki qanın it qanına qarışıb artıq. Qan çox önəmli məsələdir.

P.S. Xahiş edirəm “qonşunun iti” kəlməsini hər kəs öz istəyi kimi yozmasın. Məhz mənim ifadə etmək istədiyimi kimi anlasın. Əgər “sən necə ifadə etmək istəmisən”, sualını verəcəksinizsə, kaş ki bu yazını zəhmət çəkib oxumaya idiniz.

P.P.S. Bir də “Qonşunun iti” şeirini hökmən oxuyun. Sadəcə, mükəmməldir!

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10