Qorqud Atanın pıçıltısı və geridə qalan bir il – Şəmil Sadiq

47 Baxış

adliq_halin_acinacaqli_hali

Senet.az oxucularına “Ustad” jurnalından Şəmil Sadiqin “Qorqud Atanın pıçıltısı və geridə qalan bir il” adlı yazısını təqdim edir.

Bir il….   Qosqoca bir il gəlib keçdi. Və budur, “USTAD”ın yaşı tamamdır. Dədə Qorqud zamanı olsaydı, ən yaxşı halda, ad qoyma mərasimi indilərdə olmalı idi. Axı əməllər adı doğrultmalıdır. Əgər belə olmazsa, şəxs adının böyüklüyü və ya kiçikliyi altında əzab-əziyyət çəkməli olur. Az hallarda insan öz adına yaraşır. Bu məqamda düşünürəm ki, əslində, qoyulmuş bütün adlar öz sehrini sahibin üzərinə salır və onu bu adın yükünü daşımağa vadar edir. Bəli, vadar edir.  Əgər ad xarakterə uyğun gələrsə, bu zaman vəhdət baş verər ki, onu da daşımaq kimi hansısa bir dərd yaranmaz.

Biz də dərgimizin adını Qorqud Atanın pıçıltısı ilə USTAD qoymuşduq. Dərginin birinci sayında da bu adı qorumağa, ucaltmağa çalışan bir şagird olacağımızı vurğulamışdıq ki, düşünürəm əməl edə bilmişik.

Bir baş redaktor kimi, sizlərə hesabat vermək boynumun borcudur. Mən hesabatımızı verim, dəyəri isə siz verin. Çünki biz dağın ətəyində olduğumuz üçün onun böyüklüyünü və kiçikliyini siz müəyyən edə bilərsiniz, əziz oxucular!

1. Bu bir il ərzində kimlərlə yola çıxmışdıqsa, indi də həmin komanda ilə davam edirik və sıralarımız günü-gündən genişlənməkdədir. Bir “USTAD” birliyi təmin etməlidir ki, onu da etdi.

2. Bir atımlıq barıt olmadıq, düzənli inkişaf yolu ilə addımladıq. “USTAD” yol göstərər ki, onu da etdi.

  1. İntriqa, dəstəbazlıq, şüarçılıq lehinə olacağımızı elan etmişdik və “Ustad” buna sadiq qaldı.
  2. Ədəbiyyat və Mədəniyyətə xidmət etməli, maarifçiliyi bayraq etmişdik ki, bayrağı endirmədik.
  3. Ustad-Şagird münasibətlərini hər addımda qoruduq.
  4. Millət və Dövlət sevgimizdən sapınmadıq.
  5. Nəşr keyfiyyətinə daima sadiq qaldıq.
  6. Reallığı romantikamıza qurban vermədik, romantikamızı reallığa çevirdik.
  7. Vəzifəlinin, pullunun ədəbiyyatı olmadıq.
  8. Kim olursan ol, gəl, demədik, Milləti, Vətəni, İnsanı sevirsənsə, gəl dedik!

Bunlar bizim prinsipimiz oldu və əməl etmək üçün çalışdıq. Niyyətimiz yanlış olmadığı üçün, əməlimizdə ola biləcək qüsurları da oxucumuzun anlayışla qarşılayacağına inandıq.

Artıq 10-cu nömrəmizlə qarşınızdayıq. Və bu prinsipləri qoruyacağımıza əminik.

Bu məqamda baş redaktor kimi çox geniş və yorucu olmamaq arzusu ilə….

KÖŞƏ YAZARLARI
TOP 10