“Qremmi” mükafatı üzrə ilin mahnısı seçildi

3 Baxış

15498719103262644285_1000x669

ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” mükafatının təqdimetmə mərasimi keçirilib.

Senet.az xəbər verir ki, ABŞ-ın “CBS” telekanalında canlı yayımlanan mərasimdə “This is America” bəstəsi “İlin mahnısı” nominasiyasında “Qremmi” mükafatına layiq görülüb. Mahnı “Childish Gambino” kimi tanınan amerikalı Donald Qlover tərəfindən ifa olunur. Bu nominasiyasında mükafat kompozisiya müəllifinə də təqdim olunur. Bu, Donald Qloverlə yanaşı, isveçli bəstəkar Lüdviq Qörensen və daha çox Yanq Taq kimi tanınan amerikalı Ceffri Lamar Uilyamsdır.

Mükafatın “Ən yaxşı albom” nominasiyasının qalibi amerikalı Keysi Masqreyvs olub. O, bu mükafatı “Golden Hour” albomuna görə qazanıb.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10