Bağışla ANA
Hər gecə yuxun şirin deyib,
Sabah salamıyla oyatmadığım.
Bir yuxusuz gecənə, min qurban kəsəmədiyim.
Gözünün nuruna qurban olduğum,
Günahkar qızını bağışla ana.
Doqquz ay bəkləyib, daşınan yükün,
Çəkdiyin ağrılar,vsancılar üçün,
Belini bir az da əydiyim üçün
Əyilən belinə qurban olduğum
Günahkar qızını bağışla ana.
Tanrı mənə görə səni seçdiyim
Dünyaya yeni bir varlıq verdiyim
Övladdan gözlüyüb sənə verəmədiyim
Cəfakeş canına qurban olduğum
Günahkar qızını bağışla ana.
Etdiyim səhvləri düzəltmək üçün
Sən mənə söz verib çox yaşa ana.
Sənə çox az təşəkkür etdiyim üçün
Təmiz ürəyinə qurban olduğum
Günahkar qızını bağışla ana.
Sevgin heç bir zaman əksik olmadı,
Sevən ürəyinə qurban olduğum.
Üzündə yaranan qırışlarına,
Ağaran saçına qurban olduğum
Sevdiyin qızını bağışla ana.
Övladlar bir yana, nəvələr üçün
Ömrünü gününü şam tək əritdin.
Hər bir sıxıntıma dua etdiyim,
Dualı dilinə qurban olduğum,
Günahkar qızını bağışla ana!
Qüdrətli qadın
Mən indi anladım qadınlar niyə,
Yaşını hər zaman gizli tutarmış.
Cavanlıq eşqini, təravətini
Qiymətli xəzinə tək gizli tutarmış.
İlləri üst-üstə düzərkən zaman
Telləri birbəbir bəyaz boyarkən,
Əl atıb zamanın çarxın saxlamış,
Tez fırlanmasın deyə zaman qazanmış.
Dünyanı fəth etmək istəsən belə
Sən onu alırsan, cənnət qurarsan.
Kürsünü ən yüksək yerdə istəsən,
Sən orda taxtını gözəl qurarsan.
Dərin qırışlarla gedən yolunla,
Üstündə yürüyən gümüş telinlə,
Fırlanan bir çarxın oxu əlində.
Hər halın əzəmət ey, gözəl qadın
Hər yaşın, qüdrətin min ömür edər.