Qulamhüseyn Səidi – “Sonsuz səfər”

102 Baxış

sonuncusefer

Qulamhüseyn Səidininin “Sonsuz səfər” adlı hekayə toplusu “Xan” nəşriyyatında işıq üzü görüb.

Təbrizdə doğulan, ömrünün sonuna kimi Parisdə yaşayan istedadlı Azərbaycan yazıçısı Qulamhüseyn Saidinin “Sonsuz səfər” kitabında onun geniş yaradıcılığının kiçik bir hissəsini əhatə edən hekayələr toplanıb. Onları oxuduqca Cənubi Azərbaycan həyatı, insanların yaşayışı, mübarizə apardıqları çətinliklər, uğradıqları təqiblər, öz aralarında daim düşmənçilik edən tayfaların lazım gəldikdə ümumi rəqibə qarşı birləşə bildiyini əks etdirən örnək göstəriləsi maraqlı əhvalatlarla tanış olacaqsınız.

Qulamhüseyn Saidi Azərbaycanda, eləcə də İranda mistik realizmin banisi-yaradıcısıdır.

Əsərləri fransiz,ingilis,rus,türk dillərinə tərcümə olunsa da Azərbaycan dilinə çevrilməmişdi.

Yeni nəşrdə Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli ədibin 6 hekayəsini Azərbaycan dilinə uyğunlaşdırıb ön sözlə birgə oxucuların ixtiyarına verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10