“Qum dənələrindən” seçmələr

36 Baxış

11216697_855540821148174_385606520747329819_n

Senet.az “XAN” nəşriyyatında çapdan çıxmış Əməkdar artist Vidadi Həsənovun “Qum dənələri” adlı şeirlər kitabından seçmələri təqdim edir.

 

…   Sarı-sarı,

xırda-xırda,

cıqqı-cıqqı –

qum,

qum,

qum…

 

…  Dənə-dənə,

birər-birər,

xıncım-xıncım –

qum,

qum,

qum…

 

…  Bu da mən –

içimdəki səhrada,

qızmar günəş  altında,

yorulmadan,

usanmadan

qum dənəsi saymağa

məhkum…

…qum dənəsi saymağa

məhkum  olunmuşlarçün…

 

**

 

… Badımcan

tərəvəzdi

meyvə  –

almadı,

nardı və s…

 

… Adam da

adam olmalıdı

amma –

adam var ki,

xiyardı və s…

 

**

 

…   Kərtənkələyə

oxşayan timsah –

nə ilandı,

nə də balıq…

 

…   Fili yıxan

qarışqa da –

nə adamdı,

nə də xalıq…

 

**

 

…   Nə şairəm,

nə də yazar,

ala-babat aktyor

bir də

üç qız atasıyam –

nə kiminsə toyuğuna,

nə də ki,

göy üzünə

daş atasıyam…

 

…   Nə kafirəm,

nə də mömin,

mən göylərin

xatasıyam –

günahlarım

özümdən  də  iridi,

bir gün elə

günahların içindəcə

batasıyam…

 

**

…    Quru,

kobud,

yonulmamış,

tilişkəli,

düyünlü,

mişar kəsməz,

balta batmaz –

qısası…

 

…   Ağlına

başqa şey gəlməsin –

mən özümdən danışıram,

qadası…

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10