“Quqqu quşu və erməni” analogiyası

139 Baxış

musa yaqubSenet.azUstad” jurnalının “Ustad şair söhbəti” rubrikasından Musa Yaqubla müsahibəni təqdim edir.        

Kimisi onu çox gözəl sevgi şeirlərinin müəllifi kimi tanıyır, kimisi adı çəkiləndə “təbiət aşiqi, təbiət şairidir”, – deyir, kimisi də həqiqət carçısı hesab edir. Amma ondan söz düşəndə yaşadığı “Buynuz”un, orada yaratdığı “şairanə şəraitin”, bütün yaradıcı insanlara – şairlərə, yazıçılara, jurnalistlərə, tələbələrə açıq olan “şair qapısı”nın xatırlanmaması mümkün deyil.

         Onun təbiətə də, Vətənə də, Sevgiyə də, Siyasətə də münasibətində bir təmənnasızlıq duyarsınız həmişə. Həqiqət bildiyini şeir “cildində” elə təqdim edər ki, oxuyub da “ürəyindən tikan çıxdı” zənn edərsən… Sənin əvəzinə danışdı düşünərsən…

         “Öyrətmə özünə, öyrətmə məni”nin elə bir səmimi ovqatında çırpınarsan ki, hisslərini səninlə birlikdə yaşayıb, sənin yerinə pıçıldayıb – gümanın doğular… “Bəlkə də borcundan çıxmadım, Vətən, Ömür bahar deyil bir də qayıtsın, Ölsəm də qoynunda qoy ölüm ki mən, çürüyüm bir ovuc torpağın artsın” misralarının təmənnasızlıq, təvazökarlıq, fədakarlıq səviyyəsi ruhunu ürpədər… “Ay qoca vələs” harayının, ağaca, torpağa, quşa üz tutmanın çıxılmazlığı da, rahatlıq gətirişi də səni Ona, Onu sənə bir addım da yaxınlaşdırar… “Qovaq yarpağında küləkləşərəm, beş altı günlük” istəyinə düşərsən…  Şairləşərsən… Ən azından ruhunla…

         Onunla söhbətə gedəndə bütün bu yaşantıların, hisslərin, təəssüratların da izini özümüzlə götürmüşdük. Söhbət bunu dağıdacaqdımı, davam etdirəcəkdimi – heç fərqində də deyildik… Çünki ustad şairlərin sözü hər halında, hər rəngində dəyərlidir.

Mənzilinə daxil olub salamlaşdıqdan sonra ilk sualı belə olur:

– Nadir Cabbarlının qızısan, ya qohumu?

– Heç biri. Sizi qabaqlayım, heç Cəfər Cabbarlı ilə də qohumluğumuz yoxdur.

– Hə… Deməli, yoxdur…

– Bura yazıçıların binasıdır deyəsən…

– Əvvəllər yazıçılar yaşayırdılar. İndi demək olar ki, heç kim qalmayıb. Nadir Cabbarlı bizimlə bu binada  yaşayırdı. Nəvəsi qalır indi. “Azərbaycan” jurnalında bir yerdə işləmişdik. İstaedalı adam idi. Qəfil rəhmətə getdi. Yaxşı tənqidçi idi… Sonra… Eldar Baxış da burda yaşayıb…

         Xatirələrdən ayrılıb söhbətimizə başlayırıq.

– Musa müəllim,  sizin şeirlərinizi oxuyanda mənim hər zaman heyrət etdiyim bir məqam olur: insan təbiətin neçə çalarını görə bilərmiş? Görmək bir yana, bunu sözə gətirmək, mənalandırmaq və hər dəfə də yeni bir rəngini, yeni bir keyfiyyətini tapıb yaradılan sözü maraq mərtəbəsindən, heyrət mərtəbəsindən endirməmək!…  Bu hər şairə bağışlanan xüsusiyyət deyil… Mənim üçün maraqlıdır, təbiəti bu dərəcədə rəngarəng görə bilən Miusa Yaqub, insanlarda da o rəngləri tapa bilir, ya yox?

– Əslində, insan təbiətin danışan və düşünən parçasıdır. Qalan xasiyyətlər və xüsusiyyətlər təbiətinki ilə düz gələr. Məsələn, kövrək insana “çiçək ürəkli” deyirik…  “Sakit təbiətli” deyirik… Yəni onların xüsusiyyətləri bir-birinə keçən sifətlərdir. Amma təbiət çox zəngindir… Bir ağacda o qədər xasiyyətlər var ki… Fəsillər də eyni olsalar da bir-birindən fərqlənirlər, bir-birini təkrarlamırlar… Mənim payız haqqında təxminən 30-40 şeirim var. Birində deyirəm ki:

Daha bitməyəcək o solan çiçək,

Xəzəl o yarpağı ayıltmayacaq,

Külək o yapağı ayıltmayacaq,

Düzdür, min-min belə payız gələcək

Bu payız heç zaman qayıtmayacaq.

Yəni payızların özü də bir-birinə oxşamır. Payızdırsa, bu o demək deyil ki, yarpaqların solması, otların solması, çayların bulanması eyni sifətdir. Üzdə belə ola bilər… Amma ömürlə götürəndə payızlar da bir-birinə oxşamır, heç vaxt da oxşamayacaq. Çünki onun hər dəqiqəsi bir ömürdü. Bu gün biz payızda görüşmüsüksə, min il də o baxışda, o xoşluqda, o görüşdə payız olmayacaq. Bəlkə havası belə başqa olacaq. Hər gələn payız özünün min-min rəngi ilə bizim baxdığımız baxış altında dəyişir, haldan-hala düşür. Buna görə də nə qədər yazsan da, təbiətin rəngi, çaları bitməz… Mənə çox zaman “təbiət şairi” deyirlər. Əlbəttə, xoşdur… Amma bu yalnız təbiətin təsviri deyil. Təbiət mənim üçün vasitədir. O ağaclar, o çaylar, o daşlar həm mənim sərvətim, həm də qəhrəmanlarımdır. O qədər çaylar axır dağlarımızdan… Gecə-gündüz torpağı da, daşıı da, qumu da sovurub gətirirlər, amma dağlar alçalmır… Deməli, burda nəsə bir möcüzə var. Bir sözlə, insanla təbiət bir-birinə keçidi olan hisslər doğurur. Ona görə də təbiət zəngindir. Sadəcə, gərək mənasını duyasan. Hə… Burda bir məsələ də var.  Siz bilirsiniz ki, Azərbaycan dili necə gözəl rəng götürən dildir? Hansı çaları desən, onda ifadə etmək mümkündür. Hansı poetik rəngi, poetik mənanı bu dilə yapışdırsan – yaraşar. Əsas odur ki, bacarasan, istedadın çata… Bəzən öz şeirim, öz sənətim deyəndə utanıram. Hərdən televizorda iki dəfə oxuyan adamların özlərinə “sənətkar” deməsini görəndə lap dəli oluram. Sizin jurnalın adı “Ustad”dır. Ümid edirəm ki, hər cəhətdən ustad olasınız. Sənətin bütün mahiyyətinə, özünə, sözünə yaxın ola, onu duya, nümunə olasınız. Usta başqa şeydir. Daşın ustası, mədən ustası, amma sözün ustası çox böyük bacarıq tələb edir. O mənada “mənim sənətim”, demirəm, o sənət hamınındır.

– Bu təvazökarlıq sizin nəsildə daha çoxdur, yeni nəsildə isə demək olar ki itib…

– Hə…  Ona görə də rəngi vuranların sayı azalır da…

– Musa müəllim, sizdə təbiətlə bağlı milyon çalar gördüm, özünüz də “insan təbiətin bir parçasıdır”, – deyirsiniz. Amma eyni zamanda da  “insanın yanında heç nə tapa bilmirəm”, – kimi gileyiniz var. Onda bu təzad nədəndir bəs?

– İnsanlar arasında o ünsiyyət hər zaman yaranmır… Mən insanları da, ağacları da tanıyıram. Amma ağaclarla insan mübahisə etmir. Sirrini deyir, amma cavab almır. Sadəcə dinləyirlər birbirilərini. Mən də xaraktercə elə adamam ki, insanların hər cəhətini öyrənməyi, maraqlanmağı xoşlamıram. Amma yaxşı xasiyyətlə, yaxşı xarakterlə, gözəlliklə ünsiyyətə hər zaman varam. Xaricdən çox insanın daxili, ürəyi maraqlıdır mənim üçün.

– Yəni təbiəti duyduğunuz qədər insanları da duymaq üçün şair intuisiyası kömək edir, eləmi?

– Əlbəttə ki… Mən nəyi duyuram insanlarda? Qoy deyim… “Buynuz”da bir körpüm var, dağdağan ağacının yanına gedir. Bilirsiniz də, dağdağan ağacı da nadir ağacdır. Hər yerdə bitən deyil. Münbitlik axtarmır, bərklik içində, qaya içində, ağır yerdə bitir. Elə bil hər şeyi üstünə götürüb… Ona “göz ağacı” da deyirlər. Adamı pis gözdən qorumaq mənasında. Gəlin gedək o meşədə baxaq ona… Mənim həyətimdədir. Yarpaqları dəlmə-deşikdir. O qədər göz deşib ki onu. Mən bir şeir yazmışam ona. Deyirəm, ay bədbəxt ağac, insanlar bir-birinin gözünə dözmür, sənin üzərinə bu nə missiyadır qoyublar ki, mütləq insanı pis gözdən qorumalısan? Axı insanlar bir-birini qılıncdan qoruya bilmir, bir-birindən qoruya bilmir… İnsanın insana elədiyini heç təbiət belə edə bilməz…  Bax, duyduqlarım budur. Məsələn, qəribə məsələdir: 900 il bundan qabaq Xaqani gedib İraq tərəfə, oradakı mənzərəni görüb, “Mədain xərabələri”ni yazıb. Ürəyi çırpınıb, deyir , “ilahi, Mədain çox ədalətli ölkə idi,dünyaca məşhur şahı olub, amma  indi xaraba qalıb”.

Biz ədl sarayıykən zülmilə xarab olduq

Gör zalımlar olan qəsrə neyləyəcəkdir dövan,

…Hələ biz ədalət məkanıydıq, zülm ilə xarab olmuşuq, gör indi ədalət sarayı olmayanlara dövran nə edəcək. Həmin vəziyyət indi də yaxın Şərqdə yaranıb… Şiəlik, sünnilik, təriqətçilik, bu onu, o bunu, dünya Misir kimi, İraq kimi qədim dövlətləri bir-birinə qarışdırıb. Deməyim odur ki, elə o vaxtdan bəri bu nisgilləri insan yaradır. Bütün faciələr insanın insana münasibətindən doğulur… İndi gərək şair, sənətkar bunu görə bilsin. Necə ki Xaqani deyirdi, biz də deməliyik həqiqətləri. Xaqani sanki müasirdir, elə bilirəm bu gün ordadır, Suriya xarabalıqlarına baxır… Tikiblər, sonra dağıdıb töküblər. Bunu insan edir, özü də sivil bir vaxtda.  Bizim hirsimiz, nifrətimiz raketə, bombaya dönüb, insana tuşlanıb. Biz indi deyirik ki,  kitab oxmuruq, şairlərin qədrini bilmirik, onları yaşatmırıq. Amma belə deyil. 900 ildir ki, Xaqaninin kitablarını oxuyuruq. Bəs onu kim gətirib çıxarıb bu zamana? Dəhşətlərin içindən, şahlıqların, quruluşların, döyüşlərin, vuruşların içindən kim keçirib? 900 il zarafat deyil. Bax, ustadlıq budur. İnsan ünsiyyəti budur… Ya təbiətdən danışıram, ya insandan, eyni şeydir. Evləri tikən də, sökən də, ağacları qıran da insandır. Biz əslində bir əkənik, yüz kəsənik… Amma yenə də o torpaq bitirir, bağışlayır bizə. Mən o mənada həmişə təbiətə vurğunam ki, bizim bütün əməllərimiz də, münasibətlərimiz də, sözlərimiz də orda – onun qoynunda üzə çıxır.

– Sovet dövrünü keçənlərdənsiniz, o zaman yazıçılarımız söz sahibi idilər. Cəmiyyətə təsir etmək gücünə malik idilər. Bəlkə də o qədər malik olmasalar belə, biz belə qəbul edidik. Bəs cəmiyyətin bu qarışıq zamanında şair özünü necə hiss edir? Söz deyib insanlara təsir etməyə qadir olduğunu duyurmu?

– Mən elə yenə də Xaqanidən deyəcəyəm. O gəzdi, dolandı, gəldi Şirvana. Əvvəl tərif dediyi, sultanlığını, şahlığını təsvir etdiyi şah üsul-idarəsi qədrini bilmədi, saldı onu Şabran zindanına. Deməli, dəxli yoxdur, şair hansı zəmanədə yaşayırsa yaşasın, həmişə şahlarla arası olmur. Həqiqəti deyir. Şah, sultan isə həqiqi sözü eşitmək istəmir. Bəzən o söz dəyir divara, düşür yerə. İndi bizdə  min qəzet çıxır, ancaq eşitmirsənsə, saya almırsansa neyləyirəm mən qəzetlərin azadlığını… Şair hər zəmanədə belə olub. Cəmiyyətlə, üsuli-idarəylə müxalifətdə…

– Deməli, şairin iki yolu var – ya məddah olmalıdır, ya müxalifətdə?

– Bəlkə də bu təbiətdən gəlir… Şair bir az ürəyiyumşaq olur, bir az aldanan olur. İstəyir ki, hər şey sevgi və insanlıq üzərində bərqərar olsun. Amma bəzən bu alınmır. Xaos əmələ gəlir. “Qulamsa üsyan qaynar içimdə…” Həmişə şah üsyana qarşı pis münasibətdə olub. Qul da həmişə ürəyində şahlıqla müxalifətdədir. Amma yazıçılar, şailər ümumiyyətlə istəmirlər ki, qan tökülsün… Yəni siyasət çətindir. Onun öz ustası var, şeirin, sənətin öz ustadı…

– Həyat təcrübənizdə siyasət olub, siz də müəyyən mənada bu yolda addımlamısnıız. Necə düşünürsünüz düzgünmü etdiniz qoşulmaqda? Dəyişə bildinizmi nəyisə?

– Özümü haqlı sayıram. Heç nə dəyişə bilmədim, amma, yenə də sən demə, mən deməyim , heç olmasa xalq gələcəkdə biləcək ki filan şeylərə etiraz ediblər. Şair istəyərmi ki, canını fəda etsin, türmələrə düşsün, əziyyət çəksin, yaşaya  bilməsin, çörəyini kəssinlər. Amma gərək haqsızlığa qarşı çıxsın axı… Mübarizəni kim etməlidir? O vaxt Cavidi, Müşfiqi, Cavadı tutdular, güllələdilər, səsini kəsdilər, kitablarını yığışdırdılar, heç bilmədik belə şairlər var. Amma sonra yenə də tanıdıq. İndi Cavid də elə bil dünən yazıblar, dünən yaşayıblar. 40 il təbiət üçün nədir ki, heç nə. Adam necə geri durar həqiqətdən?

– Yazıçılarımızda yəni mübarizə ruhu var?

– Düzün desək, sovet dönəmində, deyirlər ki heç yazı, şeir yaranmayıb, ədəbiyyat olmayıb, bəyənmirlər… Guya hamısı tərənnüm ədəbiyyatıdır. Amma xeyir, qətiyyən elə deyil. Ən böyük ustadımız Səməd Vurğun idi, elə şeirləri var ki, əsl sənət numunəsidir. Bəstini tərənnüm edib, amma o da zamanın tələbi idi. Əmək qəhrəmanı idi… “26-lar”ı yazıb, o da ona görə ki, hadisələr pərdə dalında idi…  Amma buna baxmayaraq, elə şeirləri var ki sinəsindən, ruhundan gəlib… Bizə də qanad verib. Amma inanın ki, bizə heç vaxt deməyiblər ki, Moskva haqqında, partiya haqqında şeir yaz. Yaza bilməmişəm və fəxr etmirəm ki, sovet hökumətini tərifləməmişəm. Əslində, o hökumət yazıçılara qarşı çox diqqətli idi, sözün qədrini bilirdi. İdeologiyada əyintilər olmasına imkan vermirdi. O zaman “Azərbaycan” jurnalnının şeir şöbəsinin müdiri idim. Elə yaxşı şeirilər gəlirdi ki…

– O vaxt müəyyən tədbirlər keçirilirdi… müəyyən istiqamət göstərirdilər yazanlara, torpaqdan, filandan yaz.

–  … sözü tapırdı, yaradıcılıqda istiqamət göstərmək olmur, fərdi yaradıcılqdır. Çünki girdin fərdi olaraq səni yazmağına istiqamt göstərsələr onda gəsrək sən onda olacaqsan isiqamət göstərən yazan. Amma sən öZ ürəyinlə gedirsən, amma fərz edək ki onun xoşuna gəlməyən, ideologiysıyla uyğun gəlməyən sözü dərc etmir.

– Yazırdınızmı o ideologiyaya düz gəlməyən nəsə? bir müsahibənizdə belə bir cümləyə rast gəldim ki, onlar mənim özüm üçündür, onları dərc etdirmirəm. Bu zamana aiddir bu yoxsa o?

– Mənim o vaxt Qarağacların ölümü adlı şeirim var idi. O şeiri çap etdirə bilmədim. Rus çarının… çap olunandan sonra o da çap olundu.  Deyirdilər burda nəsə, qarağaclar qırılır, guya bu bütün dünyada olunan xəstəlikdir, yaşıl meşənin içində qarağacar quruyur. Mən də o ağaca deyirəm bəlkə qovaq, çinar qarağaca qaradır deyib qidasını alır bəlkə, belə eyhamlar var idi. Bəlkə çoxdan ölüb, yarpaq diri qarağacın dirildimi o zaman özü də ölüb demək. Dil baxımından narazıdırlar, doğurdan azərbaycan dili indiki kimi deyildi, qoymurdular müəyyən qədər inkişaf etsin. Hər şey rus dilində gedirdi, məsələn o saat deyirdilər ki, burda lazım deyil elə sözlər. Amma ruslar rus dilində çap olunurdu, mümkün idi. köhnə tərəzimiz haqında bir şeir yazmışdım, deməli

Onunla seçərdik yaxşı, pisi də

Köhnə tərəzimiz elin gözü idi.

İndi şey çəkilməz o tərəzidə.

Onun içərsində iki məna var, doğurdan da sınıq tərəzidə şey çəkilməz. Amma elin də gözü var axı, şey çəkilmir o tərəzidə, yəni elə qulaq asmırlar, bu sözün bu eyhamın içərisində bir şey oldu, o şeir gedəndən sonra , onu buraxan adamlara  bir az sataşdılar ki, niyə belə şeirləri buraxmısız. Kitabda çap olunmuşdu. O da tutmuşdu, amma  qlavlit özü ədəbiyyatçılar xoşlayırdı belə şeyləri, ama dövlət məsələsində güzəştə gedirdi. Ya qoymurdular. Məsələn knyaz  özü də şeir yazırdı. O məəslən keçirdirdi o sözləri , incə işləri, amma sirlər açılandan sonra çoxunun sandığında bir kəlmə söz də olmadı, bəlkə bizim də sandığımızda. Böyük Bəxtiyarın bir sözü var ki: şairi gərək sıxsınlar  ki yaxşı şeirər yazsın.  Gərək bir az incitsinlər.  Bu onun fəlsəfəsidr, mən razı deyiləm. Bir tərəfdən düz deyir ki, nəsə bir narazı salmalıdırlar da, elə təif elə, qaldır göyə, elə deyil. O narazıçılıqdan narazı sözlər çıxır yəni.  Ümumiyyətlə onun dilində insanın gileyi çoxdur.  Nə edirsən razı olmur, hərəsinin bir günahı var. Məsələn,

Bir gözünü sən əydin, bir gözünü mən,

Niyə narazıyıq bu tərəzidən,

Sən çeşmə qurudan, mən ağac kəsən,

Bir günah sənindir, bir günah mənim.

Bu südə su qatıb hərə bir qaşıq,

Arını şəkərə dadandırmışıq,

Sən yağış ol, bal qarışıq,

Bu mətah sənindir, bu mətah mənim

Yəni hamımzda günah var, amma bu günahın qədəri var. Təki tamah olmasın, yəni çapıb… indi bu saat tamahlar böyüyüb, insanda tamah olmalıdır, amma qədərində. Nəfs olmalıdır ki, bir şeyin qədrini biləsən. tamahın ilki istəkdir. Amma daha bu qədər yox da, bu qədər də istək olmaz. Su gəldi, elə mən bostanıma qoşmalıyam, sünbül bitdi, taxıl hamısı mənim anbarıma getməlidir. Bəs qızıl oldu, hamııs mənimdir, mənim deyil, millətindir bu. İndi bu saat bizim vaxt mən mili məclisdə olanda bir dənə xüsusi mühafizə olunan təbiət əraziləi adlı qanun qəbul etdim. Əgər bir bulaq bir yerdə qaynayırsa icazə yoxdur ki bir insan onu monopoliyaya götürsün, o xalqındır.

– Qüvvədədir o qanun yenə?

–  Bəli. İndi meşələri 99 ilə bir adama etibar edirlər. Elə şey olar? Bəs mənim meşə haqqım necə olsun?

–  Deməli, qanun işləmir.

–  Qanunu elə hala salırlar ki, guya onu qoruyur. Qorumur axı.  Fərz edək o dövrdə həmin qanun qəbul ediləndə o da bizim komissiyadan getdi, ceyran qoruğu var iid, salyanın. Şirvan qoruğu məşhur. əvvəldən də şirkət… o qanunun yanında o ərazinin çox hissəsini verdilər o şirkərə. O qaun deil axı qoruğu şirkətə vermək. Amma eldilər. Qanun çox gözəldir. Qanuna riayət etmək lazımdır. Qoruqları, meşələri qorumaq əvəzinə hasar çəkirlər. Eləyir öz yurdu, öz torpağı, bəs yaxşı mən bu gözəlliyə baxmaq istəyirəm, necə baxım. Dəryanı alıblar hasara, hər şeyi özəlləşdiriblər, özəl mənimki demıəkdir,  mənim də haqqım var axı, mən də Xəzərə baxmaq istəyirəm. Sən onun qumunu, daşını özəlləşdir, hər daşı aparanın da kəs yolunu. Olmaz axı. Qanun qəbul olunub, amma əməl etmirlər.

–  Yeni şeir var, deyəsən?

Yüzünü kəsdilər, birin əkdilər,

Neçə quş quvası qalmaz sabaha

Talandan qalana hasar çəkdilər,

Nə yaxşı meşəmiz üşüməz daha

………….

–  Yaxşı ki elə üşüməz, guya ki bəhanə tapacaqlar ki meşə üşüyür. Bu bəhanələrlə meşələrimizi, təbiətimizi zay edib qoyurlar. Bax bu insanlarn gələcəyidir. Bu mənada şair sözünü deyir, təbiətsevər sözünü deyir, baxan yoxdur. Bu mənada biz etirazımızı bildiririk. biz o mənada deyirəm ki o payız heç vaxt qayıtmayacaq, bu paızın qədrini bilin. Bu tökülən yarpağın da, daşın da öz qədri var. O mənada.

–  Musa müəllim bayaq Cavidin, Cavadın adlarını çəkdiz. Onlar haqsızlığa məruz qalıb, repressiya olunanda, yəqin ki içlərində bir ümid olub ki nə vaxtsa zaman gələcək  biz bəraət alacayıq və  xalq bizi tanıyacaq. Amma bu gün Cavidgil bəraət aldılar, amma sovet dövründəki bəzi yazıçılarımız topa-tüfəngə tutulurlar müasirlərimiz tərəfindən. Kimi Səməd Vurğunu, kimi Vahabzadəni və s. bəlkə zaman keçəcək və onlar da bəraət alacaq. Mənim üçün maraqlıdır, bu günün şairi olaraq Musa Yaqub, sovet dövrünü də keçmisiz, yaşamısız, müstəqillik dövründə də yaşayırsız, özünüzlə bağlı və ya o şairlərlə bağlı bir narahaçılığınız varmı ki?

–  Bircə narahatçılığım odur ki, yazmayım, o sözləri deməyim, narahatçılığım odur ki, demişəm. İndi onu xalq gələcəkdə bilər, xalq deyəndə, ümumiyyətlə indi də etiraf edirlər, hamısı sosial şəbəkələrdə, mən bir az aktiv ola bilmirəm, amma sosial şəbəkələrdə müəyyən yazılarım, şeilərim var, indidən bilirlər. Bu cəhətdən nigaran deyiləm, amma istərdim ki, qədrini bilsinlər. Misal üçün, şeirlərim dərsliklərdəvar idi, münasibətə görə çıxartdılar dərslikdən. axı niyə. Dərslik dövlətin strateji tərəfidir, yəni biz öldürmürük ki onu, biz də torpaq, meşə haqqında şeir yazmışıq. Məsələn şeirə münasibət yuxarının münasibətinə görə olmamalıdır. Qiymətdən, gözdən salırlar bəzən. özümdə danışmıram. Neçə demişəm Kitabı təbliğ etmirlər, deyilər ki, oxucusu yoxdur. Bu saat bir parçanın min dənə reklamı var. Bir dərmanın min reklamı var. Bir yaxşı, bəyəndiyin kitabın reklamı var? Görmüsən? Yoxdur. Kitabda … satırlar, amma küçəyə kitab qoymaq qadağandır, içəridə sat, axı görmür. O vaxt hə şey örtülü idi, o vaxt Sovet dövründə reklam yox idi, reklam etmirdilər. O vaxt kitabı reklam edirdilər ancaq, indi isə tərsinədir. Camaat hardan oxusun, hardan bilsin ki, özü də indi elə azadlıqdır ki bu nöqteyi nəzərdən, hamısı elə şeir yazır, deyir ki, şairəm. Yaxşını pisdən də seçmək olmur. Çətindir. Bir də görürsən ki,  Vallah qafiyəsi düz gəlməyən, şeir adına layiq olmayan, nəinki ustad, şagird adına layiq olmayan şeir yazır, kitabı nəşriyyata pulunu verir çıxardır. Və deyir bax, bu da mənim şeirim. Yaxşı şeirlə, gözəl şeirlə onu necə seçmək olar, oxucu da çətinlik çəkir. Zaman da çətindir, vaxt tələb edir. Gərək çay gəsin, sel gəlsin, toxumu aparsın, babatı üzdə qalsın. Yaxşı üzdə qalsın, nə bilək indi sel nə vaxt gələcək. O mənada bir az çərin olur. Ruslan Əlidost adlı bir oğlan gəlmişdi, Cümhuriyyət qəzeti üçün məndən müsahibə götürən bir xanımla, mənə şeilər verdi, dedi bir baxarsan. Onları oxudum və dəli oldum, çox xoşum gəldi, ənənə üstündə, muqayat qafiyələr üstündə elə gəzişmələr edir ki, hər şey təzədir, əladır, gözəldir. Rəy yazdım, 525-də çap olundu. O məni sevindirdi və mənə də dərs oldu ki, a  Musa, qələmi hər cür işlətmə ha, arxandan belə cavanlar gəlir. Yaxşı yazanlarımız var, amma imkanı yoxdur….

Qadınlardan Nisəbəyimin, bir az da Səhərin şeirlərini bəyənirəm… Yaxşı cavan şairlərimiz çoxdur, amma ədəbiyyata layiq olmayanlar daha çoxdur. Və onlar da həmin bu qarışıqlığı yaradırlar… Həmişə şair dostumuz Tofiq Bayramın bir sözünü xatırlayıram: “Şair zəifləyəndə, oxucu şairləşir”. Allah ona rəhmət eləsin, düz deyirdi. Şair gərək zəif olmaya, ustad şeir yaza ki, oxucu da baxıb desin ki, yox mən bunu edə bilmərəm. Bu gün dünyanın ən kasıb adamları yazıçılardır. Həm yazır, həm çap etdirir, sonra hələ bir özü də satmalıdır. Mən bacarmaram bunu…

Şair şeirini yazmalıdır. Çap da, satılmaq da, tanıtmaq da onun işi deyil… Bir də şeirin özünün də tale məsələsi var. Dilə düşməsi var… “Bu dünyanın qara daşı göyərməz” şeirim çox tanınır. Maarif Soltan yaxşı deyir ki, mənim ondan da qüvvətli şeirlərim var… Amma məhz o şeir dilə düşüb. Yaxud “Öyrətmə özünə” şeirimi çox bilirlər. 10-15 belə şeirim var… Amma keçən dəfə köhnə bir kitabımı oxudum, gördüm ki, o şeirdən daha yaxşı şeirlərim var orda… Amma neyləyəsən ki, şair kimi, insan kimi şeirin də öz taleyi var. Məsələn, Ramiz Rövşən…  Gözəl şairimizdir, amma dərslikdə şeiri varmi? Yoxdur. Niyə yoxdur? Əgər yaxşıdırsa, niyə salmırlar? Hələ tənqidçilərlə də dövlət dəyəri arasında fərq var. Deməli, ədəbiyyatın qiymətləndirilməsi eyni deyil.

– Dərsliyə düşmək bu qədərmi vacibdir? Bunu bir dəyərləndirmə olaraqmı qəbul edirsiniz?

– Dərsliyə düşmək ona görə vacibdir ki, uşaqlar rəsmi şəkildə də oxuya bilsin yaxşı şeirləri. Dərslik əsas sayılır. Ora düşə də bilərsən, düşməyə də. Əgər uşaqları oxutmaq istəyirsənsə, yaxşı şeirlərin hamısını dərsliyə salmalısan.
Dövlətlə ədəbiyyatın şeirə verdiyi qiymət fərqlidir. – Bəs tənqidin qiyməti? Onun haqqında nə deyə bilərsiniz? – Bəzən bizdə də belə olur ki, gətirib qoyurlar qarşına, qalırsan ki nə deyəsən haqqında. Bir neçə babatını seçirəm, o birilərinə isə baxmıram və elə babatları haqqında da yazıram. Halbuki istəmirəm ümid verim. Amma gərək tənqidçi belə eləməsin. Mənim kimi tərif yazmasın. Şah sözdür, o müqəddəsdir… O sözə günah qatanda, dostluq qatanda, münasibət qatanda onda nə şairlik qalır, nə də tənqidçilik… Bilirsiniz, bayaq da qeyd etdiyim kimi, əvvəllər yazıçıları, şairləri həmişə universitetlərə çağırırdılar, ayrıca poeziya gecələri keçirirdilər, televiziyaya dəvət edirdilər… Təşkilat qatarlarında incəsənət xadimləri ilə bütün Azərbaycanı dolaşdırırdılar. Seçim gedirdi, xalq hiss edirdi ki, kim kimdir… Şairləri el içinə buraxırdılar. Amma indi buraxmırlar. İndi beş şair bir yerə yığılanda söz-söhbət olur. Çox istərdim ki, Universitetdə ədəbiyyatçılarımızla, uşaqlarla görüşək. Şair millətin içində söz deyər də… Deyəndə nə olar ki? Düzdür, biz fərdi yaradıcılıqla məşğuluq, hərə öz otağında yazır, amma ümumilikdə hər nə olursaolsun, xalq arasına çıxarılmalıdır. Müzakirələr olmalıdır. – Yazıçılar Birliyində necə, orada da müzakirə etmirlər sizin kitablarınızı? Ora da gediş-gəliş yoxdur? – Ordan istəyirlər, amma… Ümumiyyətlə, Birliyə seyrək gedib gəlirəm. Hərdənbir tədbirlərə gedirəm… Amma deyirlər ki, yazıçıya qayğı göstərmək olmaz, pulumuz yoxdur, biz dövlət deyilik… O zaman bizim “litfondumuz” var idi, pulumuz olmayanda bizə pul verirdi… Amma indi… Mən təqaüd görməmişəm, kimə verirlər halalı olsun, təqaüd davası etməyəcəyəm ki… Bircə dəfə ev xahiş etmişdim, o da alınmadı… Bütün nəsil bu iki otaqdayıq, amma belə olmamalıdır axı. Getmək, demək olmur vallah… Ağlamaq olmur… Bu mənada, seyrəlib gedib-gəlmək… Amma “Azərbaycan” jurnalına şeirlərimi verirəm… Müzakirələrdə oluram… Ordan əlimi tamam üzmək də olmaz, dostlarım var, hamısı ilə bir yerdə oluruq, bizə gəlirlər… Bütün Yazıçılar İttifaqı yayda gəlib-gedir Buynuza… Orda onlar üçün bir meydan yaratmışam, istəyirəm gəlsinlər… Mən keçən dövrü təhlil etmək istəməzdim, amma o zaman şairlər, yazıçılar daha çox ünsiyyətdə idilər. Amma indi o ünsiyyət yoxdur… Lap düşmən olsalar belə, bir-birilərinin yaradıcılığına sevinirdilər… Yaxşı şeir, əsər çıxanda tez bir-birinə deyirdilər, yayılırdı… Amma indi qələm adamlarının bir-birindən xəbəri yoxdur. Əli Kərimin “Daş” şeiri “Ədəbiyyat” qəzetində çıxmışdı, hamı bir-birindən soruşurdu ki, “oxumusan o şeiri”? Hər yerdə söz-söhbət yayılırdı. Vilayət Rüstəmzadə “Zəngli saat” şeirini yazmışdı, o dəqiqə yayıldı… “Oyat o başdan məni, Zaman ayrı salmasın yardan yoldaşdan məni”… Əhvaliruhiyyəli şeir idi. Yəni bu mənada çox yaxınlıq vardı.

– Bu gün, İnternet əsrində əyalət şairi şikayətlənir ki, əyalətdə yaşayır, paytaxtda olsa, daha çox tanınar və sevilər. Amma siz əyalətdə yaşaya-yaşaya bu məkan fərqi duyulmurdu… Səbəb nə idi?

– Mən Buynuz kəndində doğulmuşam, orda yaşamışam, amma yazıçılar ora gələndə mütləq məni görürdülər. Şeirlərim tanınırdı. Oxunurdu. Yazıçılar bizdə olurdular. Bu saat 80 yaşı olan Fikrət Qoca da, Əkrəm Əylisli də, İsa İsmayılzadə də, Ələkbər Salahzadə də, Fikrət Sadıq da, Çingiz Əlioğlu da, Zakir Fəxri də, Əjdər Ol da… Hamısı gəlib gedib. Sovet dövründən gəlib-gedirdilər… O vaxt bir hadisə olmuşdu, könlüm sınmışdı, istəyirdim Bakıya gələm… Heç gəlib çıxmamış eşitdim ki, Süleyman Rüstəm mənə şeir yazıb: “Kimə tapşırıb gəldin”…

Nə sən şair olardın, nə mən ana vətənsiz,

Xoş günlər keçirmisən dağlar qoynunda mənsiz.

Gözəlliklər aləmi qəribsəməzmi sənsiz?

Ələsgərin sazını kimə tapşırıb gəldin,

Sazının avazını kimə tapşırıb gəldin?

Məmməd Araz “Şair qayalara, dağlara söykən” adlı şeir həsr etdi… Mən hələ ordaykən, müəllimikən gəlmək fikrim əks-səda verdi… Çünki ədəbi mühit bir-birini sevirdi. Süleyman Rəhimov deyirdi ki, bala kənddə yaşamağına heyfslənmə, kədərlənmə, həmişə yardıcılıq əhvali- ruhiyyəsində və ədəbi mühitin içində yaşa ürəyinlə, o zaman dala qalmazsan. O mühiti həmişə ürəyində saxlamalısan…

Amma indi o sevgi yoxdur. O qayğı yoxdur… Amma onda belə idimi? Siz təsəvvür edin ki, o zaman mən Bakıya köçəndə adi qeydiyyata düşmək məsələsində problemlərlə üzləşmişdim. Hamısını yazıçılar və şeirə, sənətə gözəl münasibəti olanlar həll etdilər. Azad Quliyev var idi, Vaqif Nəsiblə onun yanına getdik, məni görən kimi şeirimi əzbər dedi. O dəqiqə qeydiyyata aldılar məni… Məmməd Kazım “Hünər” verilişini hazırlayırdı, verilişə çağırdı, Məmməd İsmayıl isə kinostudiyada çalışırdı. Çağırdı, mənə ssenari tapşırdı ki, dolana bilim. “Ədəbi təbliğ” bürosu məni ezamiyyətlərə göndərdi ki, qazancım olsun. İndi həmin ünsiyyət yoxdur. İndi biz bir-birimizə nə qədər yaxınıqsa, bir o qədər də uzağıq.

– O zaman darıxarsınız o ünsiyyət üçün…

– Əlbəttə… O zaman ədəbiyyatın ideoloji bir xətti var idi. O xəttə əməl edilirdi. Bir kitab çap olunanda bir “Jiquli” almışdım. Amma indi on min dənə kitab çıxar, bir çolpa ala bilməzsən. Şairə, yazıçıya qayğı lazımdır…

– Bir-birimizin yazdığımıza münasibət bildirirdik deyirsiniz… Nədir indi mane olan o münasibəti bildirməyə? Məsələn, kimlərlə daha çox əlaqə saxlayır, yaradıcılıqlarına münasibət bildirirsiniz…

– Seyran Səxavət, Zakir Fəxri, Ramiz Rövşən, Maarif Soltan, Əjdər Ol… Mən əksər şairlərlə görüşürəm, ünsiyyətimiz var. Hamısı ilə əlaqəm var… Mütəmadi oxuyuram, bəzilərinə münasibət də bildirirəm. Amma əvvəlki kimi oxuya bilmirəm.

– Məsələn, Əkrəm Əylislinin məlum romanı çıxanda, siz dost kimi, qələm yoldaşı kimi niyə münasibət bildirmədiniz?

– Biz ikimiz bir dəfə görüşəndə ona demişdim ki, sən allah daha cığallıq eləməyəsən ha… Bir dəfə olmuşdu, eləmişdi, amma dost kimi dedim… Mən Əkrəmin yaradıcılığını çox bəyənirəm… Amma onun o cığallığı var idi həmişə…

– Səbəbi nə idi? Budur maraqlı olan…

– Bilə bilmirəm… Min dənə bəhanə deyirlər indi… Erməni məhəlləsində olduğunu deyirlər… Mən bilmirəm…  Amma görürəm ki, ermənilərə xoş münasibəti var… Olsun, amma haqlı çıxarmağa haqqı yoxdur… Düzü, mən o əsəri tam oxumamışam, sonradan münasibət də bildirməmişəm… Amma demişdim özünə ki, lazım deyil bu cür rəftar… Biz ermənilərin hər hərəkətini də gördük… Bizdə bir quqqu quşu var… Yazda ilk olaraq o gəlir… Ömründə yuva tikmir, gedir başqa quşların yuvalarına girir. Qaratoyuğun, igidoğlanın yuvasında yumurtlayır… Sonra da qoyur, qaçır… Anası da gəlib kürd oturanda yumurtadan quqqu quşunun balası çıxır və əsl yuvanın sahibi olan balaları yıxır yerə. Özü qalır yuvada. Ana quş da gəlib onu yedizdirir, yedizdirir, böyüyəndə bilir ki, öz balası deyilmiş…  Bu, təbiətin böyük qanunlarından biridir. Quqqu quşu ana quşu da, yuvanı da aldadır… Deyir: “bu yuva mənimdir”… Ermənilər də bütün dünyaya ona görə yayılıblar ki, başqa yuvalarda yumurta qoyub, yaşayıblar, sonra da “Bura mənimdir”, – deyiblər… Erməninin xisləti budur. Qorxaqdır, niyə?  Çünki deyir ki, birdən sirrim açılar, ana quş bilər, məni yuvadan çıxarar. Deyirik ki, xəyanatkardır, çünki yumurtasında xəyanət var… Bunu tərifləmək olarmı? Ermənilər quqqu quşudur, ömründə torpaqları olmayıb, başqa yuvalarda məskən salıblar, öz analarımız onları yedirdiblər, sonra deyiblər ki, mənimdir…

– Deməli, şairin, yazıçının milli ideoloji bir xətti olmalıdır…

– Mütləq… Bunsuz mümkün deyil…

– Ünsiyyətiniz var yenə də Əkrəm Əylisli ilə?

– Hərdənbir zəngləşirik…

 

Söhbətləşdi: Nərgiz Cabbarlı