Məftunun olmuşam sənin,
Görünməyir çıxış yolum.
Fürsət tap ki, bir görüşək,
Görüşünə qurban olum.
Gözlərin alıb canımı,
Sənsiz könlüm tutmur qərar.
Baxışın öldürür məni,
Baxışına qurban olum.
Həsrətindən könlüm qubar,
Üzüm gülmür xeyli vaxtdır.
Gəl gülüm, gəl üzüm gülsün,
Gəlişinə qurban olum.
Könlüm sənin əsirindir,
Gəl məni incitmə gülüm.
Vüsalındır nicat yolum,
Vüsalına qurban olum.
Sevdiyini bilirəm ki,
Gətirə bilmirsən dilə.
Ürəyində yaşat məni.
Ürəyinə qurban olum.
İlham aslanov
05.08.2002
Bakı