“Qurd tələyə azadlığından düşər” – Aqşin Yenisey

38 Baxış

2016-12-07-14-18-27aqss

Həmişə belə olub; pis vətənin yaxşı övladları,
yaxşı hökmdarın pis xalqı olub.
Həmişə belə olub; qan soran ağcaqanadlar tavanda,
qan qusan şairlər zirzəmidə yaşayıb.
Həmişə belə olub; öz-özünə danışmağa başlayıb insan susdurulunca
Və özünü öldürüb düşmənləri onu unudunca…

Həmişə belə olub; məmləkətindən bir it gətirib şair,
yuxularında ulamağa,
Bir gecə gətirib yuxusuz qalmağa,
bir şəkil gətirib divardan asmağa.
Kölgəsi doğranmış budaqlarının üstünə düşən bir ağac şəkli
Və bir ölüm gətirib, nə vaxtsa ölüb də lal-dinməz geri qayıtmağa…
Həmişə belə olub; ey əliylə vurduğu düyünü dişiylə açan insan
Qürbət içindədir şairin, qurd tələyə azadlığından düşər, azadlığından…

KÖŞƏ YAZARLARI
TOP 10