Qusarda Azərbaycan bəstəkarı, xalq artisti Elza İbrahimovanın yaradıcılıq gecəsi keçilmişdir

8 Baxış

Elza ibrahimova05 Fevral 2016-cı il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində tanınmış bəstəkar, xalq artisti Elza İbrahimovanın yaradıçılıq gecəsi keçirilmişdir.

Mədəniyyət və Turimz Nazirliyindən Senet.az-a verilən məlumata görə, tədbirdə cıxış edən Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov , uşaq incəsənət məktəbinin direktoru Reyhan Bağışova və Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova bənzərsiz bəstəkarın yaradıcılığından söz açmışdır. Qeyd olunmuşdur ki, bəstəkarın əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Elza İbrahimova əməkdar İncəsənət xadimi, xalq artisti fəxri adları daşıyırdı. Qusar şəhərinin küçələrindən birinə Elza İbrahimovanın adı verilmişdir.

Tədbirdə uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın mahnıları ifa olunmuş və onun haqqında sənədli filim nümayiş etdirilmişdir.