“Quxuroba” filmi mükafata layiq görülüb

0 Baxış

hg

 

Azərbaycanlı rejissor Teymur Qəmbərovun “Quxuroba” filmi Bişkek şəhərində keçirilən MDB ölkələri gənc rejissorlarının IX “Umut” kinoforumunda mükafata layiq görülüb.

AzərTAc xəbər verir ki, forum SSRİ Xalq artisti Bolot Şamşiyevin 80 illik yubileyinə həsr olunub. “İnsan. Tale. Həyat” devizi altında təşkil edilən kinoforumda “Quxuroba” filmi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

Qısametrajlı (21 dəqiqə) film Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir. O, müdirindən vacib bir tapşırıq alır. Nəyin bahasına olursa olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır. Yolda maşına gənc bir qadın minir. İki fərqli tale bir yolda kəsişir…

Bölmə : Kino, Sənət
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10