Rəbiqə Nazimqızının şeir gecəsi keçirilib - FOTO

68 Baxış

887396_10205496003102626_3049201587037738875_oKitabevim.az kitab marketində Rəbiqə Nazimqızının şeir gecəsi keçirilib. 

Tədbirdə KİV nümayəndələri, yazarın qələm dostları, ictimai-siyasi şəxslər iştirak edib. Gecə boyunca şairə “Epizodik sevgilər” kitabından seçmələri və yeni şeirlərini səsləndirib. Bununla yanaşı Səlim Babullaoğlu, Cavanşir Yusifli, Sevinc Çılğın, Aysel Əlizadə, Əyyub Qiyas Abbasov, Günel İbadova, Əsəd Qaraqaplan, Ülviyyə Heydərova, Elnaz Eyvaz kimi məşhur imzalar da Rəbiqə Nazimqızının şeirlərini səsləndirib.

Qeyd edək ki, tədbir Senet.az ədəbiyyat və sənət dərgisi ilə Kitabevim.az kitab marketinin ortaq layihəsi olan “Şeir gecələri” çərçivəsində baş tutub.

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10